Icma.az
close
up
RU
ABB 2024cü ili 294 mln. manat mənfəətlə bitirib, depozit portfeli artıb Hesabat

ABB 2024cü ili 294 mln. manat mənfəətlə bitirib, depozit portfeli artıb Hesabat

Icma.az, Apa.az saytına istinadən bildirir.

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, bank ötən ili 293,7 milyon manat xalis mənfəətlə bitirib. Bu isə 2023-cü ilə nisbətən 9% və ya 28,5 mln. manat azdır. Bank 2023-cü ili 322,3 mln. manat xalis mənfəətlə bitirib.

Hesabat dövründə bankın faiz gəlirləri 17,2% artaraq 914,2 milyon manat, faiz xərcləri isə 85% artaraq 249,5 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 340,2 milyon manata ( illik müqayisədə 40,6% çox ), qeyri-faiz xərcləri isə 521,1 milyon manata ( illik müqayisədə 31,7% çox ) bərabər olub. Beləliklə, bank bu dövrdə 497,04 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 1% azdır. Qeyri-faiz xəcrlərinin kəskin artması fonunda əməliyyat mənfəətinin cüzi azalması məqbul hesab oluna bilər.

Amma xalis mənfəətdə azalma daha çox məqsədli ehtiyatların kəskin artırılması ilə bağlı olub. Belə ki, Bank kredit risklərini nəzərə alaraq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları bir ildə 48,2 mln. artıraraq 110,65 mln. manata çatdırıb. ABB həmçinin ötən il 74,6 milyon manat mənfəət vergisi ödəyib.

Cari ilin yanvarın 1-nə bankın cəmi aktivləri 0.3% azalaraq 13,63 mlrd. manata enib. Bununla belə ötən il ABB-nin kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 25%-dən çox artaraq 5,86 mlrd. manata çatıb. 2023-cü ildə bu rəqəm 4,68 mlrd. manat təşkil edib.

Bu dövrdə ABB-nin cəmi öhdəlikləri 11,58 mlrd. manat manat təşkil edib ki, bu da 2024-cü ilin əvvəlinə nisbətən 2,4% azdır. Bankın depozit portfeli (Müştərilərin depozitləri) isə 2024-cü ildə 10 mlrd. manatı ötüb. Bir ildə ABB-nin əmanət portfeli 6,5% və ya 610 mln. manat artıb.

2025-ci il yanvar ayının 1-nə ABB-nin cəmi kapitalı isə 1,81 mlrd. manatdan 2,05 mlrd. manata yüksəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri