ABB Invest Qusarda keçirilmiş “İnvestisiya Səyahəti” tədbirində iştirak edib
Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABB-İnvest İnvestisiya Şirkəti" QSC (ABB Invest) Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası QSC və digər investisiya şirkətlərinin nümayəndələri ilə birlikdə “İnvestisiya Səyahəti” tədbiri çərçivəsində Qusar şəhərində biznes subyektləri və investorlarla keçirilən görüşdə iştirak etmişdir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə 27 dekabr 2025-ci il tarixində təşkil olunan tədbirdə ABB Invest-in Biznesin inkişafı departamentinin direktoru Elçin Məmmədov və İnvestisiya xidmətləri departamentinin direktoru Vüqar Tanırverdiyev çıxış edərək, yığımların səmərəli şəkildə real sektorun inkişafına yönəldilməsi üçün kapital bazarının təqdim etdiyi imkanlar, bu bazarın əsas iştirakçılarının fəaliyyəti, eləcə də qiymətli kağızların ənənəvi investisiya aləti olan bank depozitlərindən fərqi və üstünlükləri barədə iştirakçılara ətraflı məlumat vermişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Eyni zamanda, tədbir iştirakçılarına kapital bazarları vasitəsilə səhm və istiqraz buraxılışı yolu ilə maliyyələşmə imkanları barədə ətraflı təqdimat edilmiş, mövzu üzrə suallar cavablandırılmışdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















