Icma.az
close
up
RU
ABB İnvest “İlin investisiya şirkəti” seçildi

ABB İnvest “İlin investisiya şirkəti” seçildi

Icma.az bildirir, Marja.az portalına istinadən.

Bakıda 12-ci Beynəlxalq “Caspian Business Award 2025” mükafatlarının təltifetmə mərasimi təşkil olunub. Tədbirdə “ABB İnvest İnvestisiya Şirkəti” QSC yüksək peşəkarlığı, bazardakı dinamik inkişafı və müştərilərə göstərdiyi yüksək keyfiyyətli xidmətlərinə görə “İlin investisiya şirkəti” nominasiyasına layiq görülüb. Mükafat şirkətin icraçı direktoru Nadir Babazadəyə təqdim edilib. Təltif zamanı Nadir Babazadə bildirib:

“Bu mükafat təkcə ABB Invest-in deyil, bütün komanda üzvlərimizin əzmkar əməyinin nəticəsidir. Məqsədimiz Azərbaycanın investisiya mühitinin inkişafına töhfə vermək, müştərilərimizə beynəlxalq standartlara uyğun xidmətlər təqdim etməkdir.”

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci il ABB Invest üçün bir sıra strateji investisiya bankçılığı layihələri ilə yadda qalıb. Şirkət Bank of Bakunun istiqraz buraxılışında baş anderrayter (baş yerləşdirən) kimi çıxış edib. Həmçinin ABB Invest Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəyişən faizli istiqraz buraxılışında anderrayter qismində iştirak edib və emissiya üzrə tələb təklifi 10% üstələyib, bütün buraxılış ABB Invest tərəfindən tam yerləşdirilib. Bu hadisə ölkədə yeni növ istiqraz alətlərinin inkişafı üçün mühüm presedent yaradaraq kapital bazarına əlavə dinamika gətirib. Bu layihələr şirkətin institusional investorlarla əməkdaşlıq imkanlarını və yerli bazarda aparıcı mövqeyini daha da gücləndirib.

ABŞ səhm bazarından və yerli bazardan əlavə olaraq ABB Invest öz müştərilərinə ABB Mobile platforması vasitəsilə ABŞ dövlət və korporativ istiqrazlarına – beynəlxalq istiqraz bazarına birbaşa rahat və təhlükəsiz çıxış imkanı da təqdim edir. Bu məhsulların sabit faiz gəliri, aşağı risk profili və USD əsaslı qazanc kimi üstünlükləri  investisiya imkanlarını genişləndirir və ABB Invest-in müştəri yönümlü innovativ yanaşmasını bir daha nümayiş etdirir.

Eyni zamanda, 2025-ci ildə ABB Invest ilə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) arasında strateji əməkdaşlıq memorandumu imzalanıb. Memorandum kapital bazarları üzrə bilik və təcrübə mübadiləsini gücləndirmək, maliyyə savadlılığını artırmaq və tələbələrin praktik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Çərçivə əməkdaşlığı tələbələr üçün peşəkar təcrübə və yay təcrübə proqramları, qiymətli kağızlar üzrə maarifləndirici təlimlər, şirkət və universitet əməkdaşlarının birgə seminarları, karyera dəstəyi və elmi nəşrlərin hazırlanması kimi fəaliyyətləri əhatə edərək təhsil və biznes sektorları arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.

Tədbir və layihələr ABB Invest-in ölkədə kapital bazarlarının inkişafına verdiyi töhfəni, həmçinin institusional investorlara göstərdiyi yüksək xidmət səviyyəsini bir daha nümayiş etdirir.

Əlaqə:

ABB İnvest İnvestisiya Şirkəti QSC

Veb sayt:www.abbinvest.az

E-poçt: [email protected]

Telefon: +994 50 268 33 99

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:312
embedMənbə:https://marja.az
archiveBu xəbər 18 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri