ABB müştəriyə əsassız borc yazdı
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) mobil tətbiqində və daxili sistemində növbəti dəfə ciddi texniki xəta baş verib.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə kütləvi narazılığa səbəb olan problemlə bağlı müştərilər bankın fəaliyyətindən kəskin şikayətlərini ifadə edirlər.
İstifadəçilərin təqdim etdiyi görüntülərdən aydın olur ki, sistem xətası nəticəsində vətəndaşların şəxsi kabinetində mövcud olmayan borclar və əsassız gecikmələr əks olunub. Rövşən Axundov adlı bank müştərisi məsələ ilə bağlı narazılığını bildirərək vurğulayıb: pizza hut
"Təkrar olaraq yenə də sistem xətası səbəbindən mövcud olmayan borclar və gecikmələr yaranıb. Bunu bir dəfəlik niyə həll etmək olmur?"
Paylaşılan digər fotodan görünür ki, bankın "Tamkart" istifadəçilərindən birinin hesabında minimal ödəniş məbləği gözlənilmədən 4 639.35 AZN-ə qədər yüksəlib. Bunun 3 092.90 AZN-i cari ay üzrə ödənilməli borc, 1 546.45 AZN-i isə "gecikmədə olan borc" kimi qeyd edilib.
Müştərilər xüsusilə vurğulayırlar ki, bu tür texniki nasazlıqlar onların kredit tarixçəsinə (Mərkəzi Kredit Reyestri) mənfi təsir göstərmək riski yaradır. Bank tərəfindən məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verilməyib.
Baxış sayı:51
Bu xəbər 20 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















