Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Ermənistanın əsassız iddiaları...

Ermənistanın əsassız iddiaları...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Sülhün əleyhinə yönələn bütün addımların qarşısı alınacaq

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra regionda dayanıqlı sabitliyin təmin olunması imkanı yaranıb. Rəsmi İrəvan sülh sazişini imzalamağa hazır olduğunu bəyan etsə də, bunun üçün məlum şərtləri yerinə yetirməyi unutmamalıdır. Amma görünən odur ki, erməni tərəfi yenə də spekulyasiya etməklə məşğuldur. Əgər belə olmasaydı, özünü “sülh göyərçini” təqdim edən Ermənistan  sazişi imzalamaq üçün praktiki addımlar atmaq əvəzinə, şərti dövlət sərhədində hərbi təxribatlar törətməzdi.

İrəvanın absurd bəyanatı...

Artıq bir neçə gündür ki, erməni hərbi birləşmələri müxtəlif istiqamətlərdə ordumuzun mövqelərini atəşə tutur. Qarşı tərəf isə bunu təkzib etməyə çalışır. Belə ki, Ermənistan baş nazirinin aparatı açıqlama yayaraq, guya Müdafiə Nazirliyinin “yoxlama işləri” apardığını və “yoxlamanın nəticələrinə əsasən, Ermənistan ordusu tərəfindən atəşkəs rejiminin pozulması halının baş vermədiyini” iddia edib. Qurum atəşkəs rejiminin pozulması hallarının və ya oxşar məlumatların araşdırılması üçün birgə Ermənistan-Azərbaycan mexanizminin yaradılması təklifini “xatırladıb”. Əslində, bütün bunlar erməni tərəfinin manipulyasından başqa bir şey deyil. Rəsmi İrəvan həm atəşkəs, həm konstitusiyada dəyişikliklər, həm də kommunikasiyaların açılması ilə bağlı qeyri-ciddi təkliflər və mülahizələr irəli sürür. 30 il Azərbaycana qarşı işğalçı siyasəti yürütmüş bir ölkənin hazırda özünü konstruktiv tərəf kimi təqdim etməyə çalışması absurddur.

XİN: Ermənistan izahat verməlidir

Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin ofisinin sərhəddə atışmalar və digər iddiaları ilə bağlı bəyanatına münasibət bildirərkən bu məqamları ətraflı şərh edib. XİN rəsmisi qarşı tərəfin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını rədd edib. Onun sözlərinə görə,  Azərbaycan Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu videoçəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir: “Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq qeyri-mümkün təkliflərinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı müddətində olduğu kimi, heç bir əsası yoxdur. Bu, işğala son qoymağa çağırış etmək əvəzinə, Minsk qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri xatırladır. Əgər Ermənistan hökuməti baş nazirin ofisinin də bəyan etdiyi kimi, sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla, kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi”.

Ermənistan iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı guya xoşməramlı mövqe sərgilədiyini də bəyan edib. Amma nəzərə almaq lazımdır ki, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistan bütün vasitələrlə prosesi pozmağa çalışırdı. Paşinyan hakimiyyəti öz havadarlarına güvənərək indiyədək sülh prosesini pozmaq üçün müxtəlif təxribatlar törədib. Azərbaycan isə bu təxribatlara layiqli cavab verdi. Havadarlarından heç bir kömək görə bilməyən Paşinyan masaya qayıtmağa məcbur oldu. A.Hacızadənin də qeyd etdiyi kimi, Ermənistanın danışıqlarda törətdiyi çoxsaylı çağırışlara, o cümlədən Azərbaycan ərazilərindən qalan qüvvələrini çıxarmaqdan imtina etməsinə və ərazilərimizdə qurduqları rejimi təşviq etməsinə baxmayaraq, məhz Azərbaycanın səyləri və tədbirləri nəticəsində prosesdə belə bir nailiyyət əldə olunub.

Ermənistanın konstitusiyası dəyişdirilməli, Minsk qrupu ləğv olunmalıdır

“Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq”,-deyən XİN rəsmisi bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayıb. Erməni tərəfi konstitusiyada ölkəmizə qarşı ərazi iddialarının olmadığını desə də, faktları təkzib etmək mümkün deyil. Çünki Ermənistan Konstitusiyasında hələ də Azərbaycan torpaqlarına iddialar qalmaqdadır. Belə olan halda, Paşinyan hakimiyyətinin bu yöndə “şərhlərinin” heç bir mənası yoxdur. Əgər konstitusiya  dəyişiklikləri 2026-cı ildə baş tutacaqsa, demək ki, sülh müqaviləsinin imzalanmasının gecikməsinin baiskarı rəsmi İrəvandır.

ATƏT-in Minsk qrupuna gəlincə, bu təsisatın vəzifəsi  tərəflər arasında vasitəçilik missiyasını yerinə yetirmək olub. Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdikdən sonra Minsk qrupuna heç bir ehtiyac qalmayıb. Lakin Ermənistan qurumun ləğvi üçün Azərbaycanın çağırışına müsbət cavab verməkdən yayınır.

Kommunikasiyalar yeni reallıqlara uyğun şəkildə açılmalıdır

Rəsmi İrəvanın bölgədə silahlara nəzarət “təşəbbüsü” də absurddur. Çünki  30 ilə yaxın müddətdə məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, Azərbaycana qarşı təcavüz törədən, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur.

Kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri 4 il ərzində yerinə yetirməyib. Bunun əvəzinə, onlar diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədilə, mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürüblər. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır. XİN rəsmisinin bəyan etdiyi kimi, Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri