Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Abbas Abbasov: Azərbaycan 2019 23 cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib

Abbas Abbasov: Azərbaycan 2019 23 cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəkləyir. Bu kontekstdə, BTQ (neo)kolonializmin reallıqlarını və onun təzahürlərini beynəlxalq ictimaiyyətə səmərəli şəkildə çatdırmağı bacarıb".

Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Simon Bolivar İnstitutunun Xalqlar arasında Sülh və Həmrəylik Fondunun Prezidenti xanım Blanka Qomesin dəvəti ilə iştirak etdiyi "Müstəmləkəçilik, neokolonializm və onun nəticələri" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Azərbaycanın 2019-23-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyi vurğulanıb:

"2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı çərçivəsində Bakıda təşkil olunan "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı beynəlxalq konfransda dənizaşırı ərazilərin nümayəndələrinin iştirakı ilə beynəlxalq qeyri-hökumət təşkilatı statusuna malik Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair qərar qəbul edilib. Beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə tam sadiqlik nümayiş etdirən təşkilatımızın fəaliyyəti müstəmləkəçilik və neokolonializmin tamamilə ləğvinə, dekolonizasiya hüququnun təşviqinə, eləcə də müstəmləkə hökmranlığının davamlı təzahürlərindən əziyyət çəkən xalqlara dəstək verilməsinə həsr olunub.

Yarandığı gündən BTQ qlobal dekolonizasiya hərəkatında beynəlxalq səviyyədə nüfuzlu və mötəbər platformaya çevrilib. Son iki il ərzində biz BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, eləcə də Roma, İstanbul və dekolonizasiya dialoqlarının mərkəzi kimi tanınan Bakıda 40-dan artıq beynəlxalq konfrans və yüksəksəviyyəli tədbir təşkil etmişik.

Beynəlxalq tədbirlərimiz müstəmləkəçiliyin müxtəlif aspektlərinə - ekoloji, mədəni, sosial, təhsil və səhiyyə sahələrindəki təsirlərə həsr olunub. Bu tədbirlər çərçivəsində siyasi liderlər, alimlər, beynəlxalq hüquq üzrə ekspertlər, xüsusi məruzəçilər və hələ də müstəmləkə hökmranlığı altında olan ərazilərin vətəndaş cəmiyyəti təşkilatları bir araya gətirilərək geniş dialoq və əməkdaşlıq platforması yaradılıb".

"BTQ-nin əsas nailiyyətlərindən biri 2024-cü ilin iyulunda Bakıda təşkil edilən Millətçi və Müstəqillik Hərəkatlarının Birinci Konqresinin keçirilməsi olub. Bu tədbir çərçivəsində Fransa və Niderland müstəmləkələrindən olan müstəqillik hərəkatlarının nümayəndələri Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılmasına dair təsis bəyannaməsini imzalayıblar. Bu əlamətdar addım müstəmləkə əsarəti altında fəaliyyət göstərən hərəkatların kollektiv səsini birləşdirib və onların beynəlxalq səviyyədə koordinasiyalı fəaliyyəti üçün möhkəm təməl olub.

Digər mühüm nailiyyətlərindən biri də BTQ tərəfindən hazırlanmış hesabatın BMT baş katibi tərəfindən 2025-ci ildə təqdim edilən "Afrikamənşəli şəxslər üçün beynəlxalq onilliyin fəaliyyət proqramının icrası"na dair məruzəsində qeyd olunmasıdır.

Bundan əlavə, BTQ, BMT Baş Assambleyasının sessiyaları, Xüsusi Dekolonizasiya Komitəsi (C24) və Baş Assambleyanın Dördüncü Komitəsi (C4) Afrikamənşəli Şəxslərin Daimi Forumu, BMT İnsan Hüquqları Komitəsi və BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıq çərçivəsində yan tədbirlər təşkil etmiş, hökumətlərarası müzakirələrlə yanaşı, substantiv dialoqa öz töhfəsini verib.

Həmçinin COP29 çərçivəsində BTQ bir sıra tədbirlər və aksiyalar təşkil edib. Məqsəd müstəmləkəçiliyin yalnız siyasi və sosial nəticələrini deyil, həm də onun dağıdıcı ekoloji təsirlərini göstərmək idi. Missiyamız müstəmləkə hökmranlığının ekosistemləri məhv etməsi, təbii sərvətləri tükəndirməsi və ada dövlətləri və müstəmləkə asılılığında olan ərazilərin mövcudluğunu təhlükə altına qoymasını beynəlxalq ictimaiyyətin diqqətini çatdırmaq olub.

Bununla yanaşı, BTQ analitik mərkəz qismində fəaliyyət göstərərək müstəmləkəçilik və dekolonizasiya sahələrində yüksək səviyyəli tədqiqatlar və ekspert təhlilləri hazırlamaqdadır. İndiyədək hesabatlar, jurnallar və kitablar daxil olmaqla 20-dən artıq nəşr dərc edib. Bu nəşrlər arasında müstəmləkə ərazilərinin idarəolunması üzrə beynəlxalq ekspert Korlayl Korbin tərəfindən yazılmış "Fransız müstəmləkəçiliyinin təkamülü: Siyasi və konstitusional təhlil" adlı əlamətdar əsər xüsusi əhəmiyyətə malikdir.

Bakı Təşəbbüs Qrupu müstəmləkə əsarəti altında qalan xalqlara dəstək verməkdə mühüm rol oynamağa davam edir. Bu xüsusda, Azərbaycan müstəqillik və azadlıq yolunda mübarizə aparan xalqlar üçün ümid yeri və qlobal platformadır", - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16783

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see998

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see248

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see220

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see143

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see143

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see141

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see137

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see135

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see128

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see128

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see126

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see126

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see125

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see125

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see124

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see120

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri