Icma.az
close
up
RU
Qoşulmama Hərəkatına üzv dövlətlərin səhiyyə nazirlərinin onlayn iclası keçirilib

Qoşulmama Hərəkatına üzv dövlətlərin səhiyyə nazirlərinin onlayn iclası keçirilib

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uqanda Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, onlayn görüş Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həlli yollarının müzakirəsinə həsr olunub.

İştirakçıları salamlayan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tədbirin mahiyyətini vurğulayaraq, beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Öz növbəsində Uqandanın səhiyyə naziri xanım Ceyn Rut Asenq xatırladıb ki, Qoşulmama Hərəkatının 2024-cü ilin yanvarında Kampalada keçirilən XIX Zirvə toplantısında dövlət və hökumət başçıları COVID-19, HİV/QİÇS, malyariya, vərəm, hepatit və digər xəstəliklər kimi epidemiyaların yaratdığı qlobal təhlükədən narahatlıqlarını bildiriblər: “Builki toplantının əsas məqsədi Qoşulmama Hərəkatına üzv dövlətlərin səhiyyə nazirlərinin epidemiyaların yaratdığı qlobal təhlükə ilə bağlı təcrübə mübadiləsi aparmaqla birgə tədbirlərin gücləndirilməsinə imkan yaratmaqdır”.

Onlayn iclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə ölkəmizin 2019-2023-cü illər üçün sədrliyi öz üzərinə götürdüyünü vurğulayıb. 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə məsuliyyətlə yanaşması diqqətə çatdırılıb. Nazir Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib: “Prezident İlham Əliyevin təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Eyni zamanda, Azərbaycan həm birbaşa, həm də Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə əksəriyyəti Hərəkat üzvü olan ölkələrə maliyyə və humanitar yardımlar göstərib”.
“Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da vətəndaşların sağlamlığı və rifahı dövlətin əsas prioritetlərindən biridir. Bildiyiniz kimi, 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilib. İqlim dəyişikliyi sağlamlıq üçün ciddi təsirlər yaradır, xüsusilə də bu dəyişikliyin ön cəbhəsində, həssas vəziyyətdə olan ölkələr və icmalar üçün. Bu vəziyyətlər təcili tədbirlər və bir daha beynəlxalq həmrəylik tələb edir. Bu səbəbdən COP29-un gündəliyində iqlim dəyişikliyi və sağlamlıq mövzusu mərkəzi yer tutub. Azərbaycan həmçinin “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın təşəbbüsünü dəstəkləyib”, - deyə Azərbaycanın səhiyyə naziri bildirib.

Teymur Musayev, həmçinin ölkəmizin son dövrlərdə səhiyyə sahəsində əldə olunmuş nailiyyətləri sırasında icbari tibbi sığortanın tətbiqi, səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması, Elektron Resept Sisteminə keçidi qeyd edib: “Azərbaycan bu sahələrdə əldə etdiyi təcrübə və yaxşı təcrübələri bölüşməyə hazırdır”.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri pandemiyanın qarşısının alınmasının, hazırlığın və ona qarşı mübarizənin milli gündəmlərdə olmasının, bütün vətəndaşlar üçün optimal fiziki və psixi sağlamlığın təmin edilməsinin, ilkin tibbi yardıma diqqət yetirməklə universal tibbi əhatəyə nail olunmasının vacibliyini vurğulayıb: “Bu, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi, eləcə də keyfiyyətli səhiyyə xidmətləri, təhlükəsiz, effektiv və uyğun qiymətə dərman vasitələri, vaksinlər, diaqnostika və tibbi texnologiyalarla təmin olunması üçün əsas amildir”.

Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini yüksək qiymətləndirib, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Pandemiyanın ən çətin dövründə Azərbaycan nəinki sədrlik vəzifəsini səmərəli yerinə yetirdiyi, həm də Hərəkatın fəaliyyətini xeyli aktivləşdirilməsi xüsusilə vurğulanıb.

İclasın sonunda milli sağlamlıq məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 May 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri