Abbas Abbasov BMT də Fransanın müstəmləkəçilik ərazilərindəki uşaqlara zorakılıqdan danışıb
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında növbəti çıxışlarını edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edən A.Abbasov Fransanın müstəmləkəçilik altındakı ərazilərində, xüsusilə də Reyunyon, Kanaki, Qvadelupa, Martinik, Fransız Polineziyası, Korsika, Mayot və Fransız Qvianasında yaşayan uşaqlara qarşı zorakılıq və hüquq pozuntularına diqqət çəkib.
BTQ-nin rəhbəri BMT-nin Uşaq Fondunun 2020-ci və 2023-cü illərdə mövzu ilə bağlı yaydığı hesabatlarında öz əksini tapmış statistik məlumatları tədbir iştirakçılarına təqdim edib.
Bu xüsusda, o, BMT-nin Uşaq Hüquqlarının qorunmasına dair Konvensiyasını və Palermo Protokolunun icra edilməsinin əhəmiyyətini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Mart 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















