Icma.az
close
up
RU
Abbas Abbasov: BMT yə təqdim olunacaq hesabatlar hazırlamalıyıq

Abbas Abbasov: BMT yə təqdim olunacaq hesabatlar hazırlamalıyıq

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Müstəmləkə altında olan dövlətlər mütəmadi olaraq bütün aidiyyəti olan hökumətlərarası təşkilatlara və onların qurumlarına hesabatlar təqdim etməlidir".

Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, həm ölkədəki müstəmləkəçiliyin nəticələrinin reallığını birbaşa çatdırmaq, həm də təzminatlarla bağlı işlək bir fəaliyyət planı hazırlamaq üçün güclü kommunikasiya strategiyaları qurulmalıdır:

"Yəni bu fəaliyyətlər həm konstruktiv, həm də ardıcıl olmalıdır. Mən əminəm ki, bu müəyyən nəticələr verəcək, çünki biz dəfələrlə İnsan Hüquqları Komitəsinə və İnsan Hüquqları Şurasına Fransa tərəfindən müstəmləkəyə çevrilmiş regionlarla bağlı hesabatlar təqdim etmişik. Məsələn, Fransız Polineziyası və Yeni Kaledoniya məsələlərində bu baxımdan kifayət qədər yaxşı nəticələr əldə etmişik. Bu, sadəcə bir nümunədir, lakin mən inanıram ki, siz də fəaliyyətinizi eyni dərəcədə ardıcıl və konstruktiv şəkildə qursanız, nəticələr əldə edə biləcəksiniz".

Abbas Abbasov növbəti proseslər barədə məlumat verib:

"Birləşmiş Millətlər Təşkilatına təqdim olunacaq hesabatlar hazırlamalıyıq. Mən İnsan Hüquqları Komitəsinə BMT Şurasına hesabat təqdim etməyə söz vermişdim. Həmçinin, biz ardıcıl şəkildə meşə qırılması və təzminat məsələlərinə həsr olunmuş beynəlxalq tədbirlər keçirməliyik. Bundan əlavə, bu ərazilərdən - Konqo Demokratik Respublikası, Ruanda, Burundi - sübutlar təqdim etməliyik. Bu ardıcıl olmalıdır.

Birlikdə biz təzminatlar üçün strategiya və ya işlək fəaliyyət planı yarada bilərik. Biz ideyalara açığıq, təkliflərə açığıq. Təzminatlar üçün yeni platforma yaratmağa, ən yaxşı təcrübələrimizi paylaşmağa hazırıq".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri