Icma.az
close
up
RU
Abbas Abbasov Saleh Rüstəmli vasitəsilə Əli Kərimliyə pul ötürüb?

Abbas Abbasov Saleh Rüstəmli vasitəsilə Əli Kərimliyə pul ötürüb?

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlətə və xalqa qarşı xəyanət yolunu seçmiş şəbəkə ilə bağlı aparılan araşdırmalar və üzə çıxan faktlar bir çox mətləblərin də üstünü açır. İllərlə xəyanəti özünə peşə seçmiş şəbəkənin hər bir "həlqəsi" bu prosesdə yer alıb. 

Məsələn, Əli Kərimliyə illərlə Rusiya Federasiyasından müxtəlif vasitələrlə, xüsusilə ona yaxın olan şəxslərin əli ilə maliyyə verilməsi faktı hər kəsə bəllidir. Hələ 2018-ci ildə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilirdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurum ölkəmizdə və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməsinə dair kifayət qədər sübutlar toplanıb. Həmin əməllərin törədilməsində qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmli, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin - Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanovun adı qeyd edilirdi. 2018-ci ildə rəsmi qurumların yaydığı məlumtda bildirilirdi ki, Rusiyada yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə fərqli yollara əl atıb. Hələ o vaxt bildirilirdi ki, 2016-cı ilin martından adıçəkilən dövrə qədər Bakıda valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olanların vasitəsilə Əli Kərimliyə çatdırılan pulun miqdarı 412 min ABŞ dolları olub – bunu Saleh Rüstəmli istintaqa ifadəsində özü də etiraf etmişdi. Bildirmişdi ki, uzun müddət ərzində AXCP sədri Əli Kərimliyə mütəmadi olaraq böyük məbləğlərdə pul göndərib. Onun sözlərinə görə, hər dəfə 20–30 min dollar aralığında vəsait çatdırılıb və pul alındıqdan sonra Əli Kərimli tərəfindən “bəy, çatdı” məzmunlu WhatsApp mesajı ilə təsdiq göndərilib.

Əli Kərimlinin ətrafı isə iddia edir ki, Saleh Rüstəmli bu pulları "bazardan" qazanıb. Amma gəlin görək, bu qədər pulu "bazardan qazanmaq" mümkündürmü? Təbii ki, xeyr. Hətta mümkün olsa belə, Saleh Rüstəmlinin öz qazancından mütəmadi şəkildə hər ay 20-30 min dollar Əli Kərimliyə göndərməsi inandırıcı deyil. 

Belə olan halda Saleh Rüstəmlinin hansı mənbələrdən pul əldə etməsi, daha doğrusu hansı "ünvanlarla" Əli Kərimli arasında vasitəçi olması maraq doğuran faktlardandır – burada bir nüans diqqəti cəlb edir. Yayılan xəbərlərə görə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Deyəsən, kələfin ucu burada üzə çıxır – Saleh Rüstəmlinin Əli Kərimliyə yönləndirdiyi, yolladığı pul vəsaitinin Abbas Abbasova məxsus olması və ya Abbas Abbasovun əli ilə Saleh Rüstəmliyə çatdırılması ehtimalı olduqca yüksəkdir. Sirr deyil ki, Rusiyada yaşadığı dövrdə A.Abbasovun maliyyə imkanları geniş olub və onun anti-Azərbaycan qüvvələrlə əməkdaşlığı haqda informasiyalar kifayət qədər yayılıb. Hətta 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində onun "Milyarderlər ittifaqı"nın maliyyə kuratorluğunu icra etməsi də sirr deyildi – nəzərə alsaq ki, məhz həmin ərəfədə Rusiyadan Əli Kərimliyə, "milli şura"ya maliyyə axını daha güclü olub, A.Abbasovla Əli Kərimli arasında pul sövdələşməsi faktının olmasını irəli sürmək olar. 

Hər bir halda qanundan və ədalətdən nə qaçmaq, nə də yayınmaq mümkündür. Zaman və araşdırmalar bütövlükdə həqiqətin üzərinə işıq salacaq. R.Mehdiyevin, A.Abbasovun, Ə.Kərimlinin və digər xəyanətkarların da qanun qarşısında, ədalət qarşısında cavab verəcəyi gün uzaqda deyil…

SADİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri