Icma.az
close
up
RU
Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident Administrasiyasının keçmiş rəhbəri, haqqında dövlətə xəyanət ittihamı ilə cinayət işi açılmış Ramiz Mehdiyev neytrallaşdırılsa da, onun “mənfi miras”ından Azərbaycan dövləti və xalqı hələ də əziyyət çəkir. Ramiz Mehdiyevin vəzifədə olarkən çoxsaylı qanunsuzluqlar törətdiyi bəllidir. Bu qanunsuzluqlar ona bağlı olan şəxslər – məmurlar, biznesmenlər, iş adamları, bir sözlə komandasının üzvləri tərəfindən də törədilib və bu gün də davam edir.
Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binada baş verənlər belə nümunələrdən biridir. 2009-cu ildən istifadəyə verilən çoxmartəbəli yaşayış binasında qanunsuzluq baş alıb gedir. Sakinlər binanın qarajında və həyətindəki acınacaqlı vəziyyətdən şikayət edirlər.
Şikayətçilər bildirir ki, yağışlı havalarda binanın qarajını su basır, ərazidə hərəkət etmək çətinləşir. Binaya cavabdeh olan şəxslər isə problemin aradan qaldırılması üçün lazımi addımlar atmaq istəmir. İllərdir davam edən problem sakinlərin səbr kasasını doldurub, onlar nəhayət üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kütləvi şəkildə şikayət edirlər.
Sakinlərin sözlərinə görə, sözügedən bina Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərova məxsus “İdeal” MTK tərəfindən inşa edilib. Binada yerləşən ticarət obyektləri də Şamil Heydərova məxsusdur.

Şamil Heydərov


Müəllimdən daha çox, “Karqo Şamil” kimi tanınan Şamil Heydərovun adı həmişə qanunsuzluqlar və maxinasiyalarda hallanıb. Mediada yayılmış məlumatlara görə, onun əsas şəriki Ramiz Mehdiyev olub, ona görə də “müəllimliyini” və biznesdə yüksəlməsini də PA-nın keçmiş rəhbərinə borcludur. Şamil Heydərov Ramiz Mehdiyevlə ortaqlığı haqda məlumatların biri Lökbatandakı “Cənub Qapısı” yaşayış kompleksi ilə bağlıdır. 
Məlumatlara görə, Şamil Heydərovun şirkətinə məxsus ümumilikdə 27 hektardan ibarət olan Lökbatanda yerləşən “Cənub Qapısı” yaşayış kompleksinin böyük hissəsi Ramiz Mehdiyevə məxsusdur. Kompleksin inşa edildiyi 27 hektar ərazinin 22 hektarının PA-nın keçmiş rəhbərinin  həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirildiyi deyilir. 
Mediada yayımlanan məlumatların birində deyilir ki, Şamil Heydərov Badamdar qəsəbəsində Botanika bağının yanında elit binada Ramiz Mehdiyevə 400 kvadratmetr sahəsi olan mənzil hədiyyə edib.
Şamil Heydərovun Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən çoxmərtəbəli binada törətdiyi qanunsuzluqları da Ramiz Mehdiyevin hesabına etdiyi deyilir. Belə demək mümkünsə, Şamil Heydərov Ramiz Mehdiyevin hesabına hər zaman toxunulmaz olduğunu düşünüb. 
Sakinlərin bizə verdiyi məlumata görə, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən və 500-dən çox sakinin yaşadığı binada hər ay ortaq hesabla hər sakindən 100 manata yaxın pul yığılır. Ayda 50 min, ildə 600 mindən çox edən bu vəsaitin hara xərcləndiyi isə bəlli deyil. Sakinlər alınan pulların binanın problemlərinin həll edilmədiyini, o cümlədən, hara xərcləndiyi haqda onlara hesabatın verilmədiyini deyirlər.  

Bəs bu qədər vəsait hara xərclənir?
İş adamı Şamil Heydərovun həmin binaya təyin etdiyi nümayəndəsi, “komendat” kimi fəaliyyət göstərən Sahib adlı şəxsə bu sualı ünvanladıq.
O, Demokrat.az-a açıqlamasında sakinlərin dediklərini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, binada kommunal ödənişlər aylıq hər kvadratmetrə görə 30 qəpikdən hesablanır: 
“Şikayət edən 7–8 sakin isə ümumiyyətlə su pulu ödəməyib. Həmin şəxslər arasında avtomobillərini qaydalara zidd şəkildə saxlayan, divarlara vurulmuş elanları özbaşına cıran sakinlər də var. Bu hallarla bağlı polisə də müraciət etmişdim. Buna baxmayaraq, onlar divarlardakı elanların onlara mane olduğunu iddia edirlər”.
Qarajı su basması məsələsinə gəlincə, komendat problemin borunun partlaması ilə bağlı olduğunu deyir. Bildirir ki, söhbət birbaşa binanın altından deyil, həyətin alt hissəsindən gedir: “Həmin ərazidə əvvəllər də vaxtaşırı kiçik su yığıntıları müşahidə olunub”.
Komendat onu da əlavə edir ki, Ramiz Mehdiyevlə onun heç bir qohumluq əlaqəsi yoxdur. Hətta, Şamil Heydərovun da adından danışaraq, iş adamının PA-nın keçmiş rəhbəri ilə şərikliyinin olmadığını bildirir.
“Artıq Şamil Heydərovun da Ramiz Mehdiyevlə hər-hansı şərikliyi mövcud deyil. Onun fəaliyyət göstərdiyi bütün obyektlər şəxsi mülkiyyətidir”, - özünü komendat kimi təqdim edən şəxs belə deyir. 
Hərçənd ki, Ramiz Mehdiyevlə Şamil Heydərovun ortaqlığına dair açıq mənbələrdə kifayət qədər məlumat mövcuddur. Əsas şübhələrdən biri isə Şamil Heydərovun Ramiz Mehdiyevin müxalifəti, konkret desək, AXCP sədri Əli Kərimlinin maliyyələşdirilməsində iştirak etməsi ilə bağlıdır. Dövlət çevrilişinə cəhd edən Ramiz Mehdiyevin Əli Kərimli və Milli Şura rəhbərliyi ilə gizli əlaqələrə malik olduğu və onların maliyyələşdirdiyi faktları ilkin istintaqla müəyyənləşdirilib. Əli Kərimlinin evindən çıxan Ramiz Mehdiyevə məxsus məktub da belə faktlardan biridir. Müzakirə edilən məsələlərdən biri də Ramiz Mehdiyevin müxalifətə pulları kimlərin, hansı iş adamlarının vasitəsilə ötürməsidir. Şamil Heydərovla Ramiz Mehdiyevin ortaq biznesi bu məsələdə diqqəti iş adamının üzərinə yönəldir. 
Və sual yaranır: Ramiz Mehdiyevin şəriki olan Şamil Heydərov Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binadan yığılan və hara xərcləndiyi bilinməyən pullarla Əli Kərimlini maliyyələşdiribmi?
Vaqif Hüseynli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Dekabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri