Icma.az
close
up
RU
Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? Mehdiyev işində daha bir SENSASİYA KONKRET

Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? Mehdiyev işində daha bir SENSASİYA KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov nankorların “parlaq” nümayəndələrindən hesab oluna bilər. O da eynilə, 2006-cı ildə vəzifəsindən azad edildi və “İstiqlal” ordeni ilə təltif edilərək, hörmətlə yola salındı. Düşünmək olardı ki, bundan sonra o, akademik fəaliyyətlə, bizneslə məşğul ola, yaxud ailə mühitində nəvə-nəticələrinə babalıq edə bilər. Amma Abbas Abbasov hakimiyyət eşqinə düşdü və başqa paytaxtlarda nicat axtarmağa başladı.

KONKRET.az Musavat.com-a xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.

“2013-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd planlarını xatırlamaq yerinə düşər. Həmin vaxt Rusiyada “Milyarderlər ittifaqı” quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı. Bu prosesdən bir qədər əvvəl “Ziyalılar Forumu” yaradılsa da, az sonra orda toplaşan ziyalılardan bəziləri məsələnin mahiyyətini anladılar. Məqsədini “cəmiyyətin problemlərinin müzakirəsi” elan edən Ziyalılar Forumunun bəzi üzvlərinin siyasi bəyanatlar səsləndirməsi digərlərinin bu klubdan uzaqlaşmasına səbəb oldu. Bunun ardınca isə həmin “ziyalılardan” bir qisminin və radikal müxalifətin toplaşdığı “Milli Şura” adlı rusiyapərəst birlik formalaşdı. Prezident seçkilərindən sonra bu şuranın Rusiya prezidentinə məktubu da mediada yayıldı. Bütün bu prosesdə Rüstəm İbrahimbəyov irəli verilib, “Milli Şura”nın vahid namizədi elan olunsa da, hamıya aydın idi ki, dirijorun solo çıxış üçün müəyyənləşdirdiyi şəxs məhz Abbas Abbasovdur. Abbas Abbasov həmin vaxt nəinki Azərbaycanın daxilindəki köhnə tanışlarından istifadə edir, Rusiyada onunla eyni siyasi mövqedən çıxış etməyən diplomatlara, iş adamlarına və diaspora üzvlərinə qarşı repressiv cəzalar tətbiq etdirirdi. Yeri gəlmişkən, həmin vaxt xaricdə çalışan bəzi diplomatlarımız Abbas Abbasovun Rusiya bazarlarına qədər gedib, ordakı azərbaycanlıları belə bu prosesə qoşmaq istəməsi barədə açıqlamalar verirdilər. Bu açıqlamalardan sonra Ramiz Mehdiyev onların media çıxışlarına qadağa tətbiq etmişdi, Elmar Məmmədyarov isə diplomatları XİN sistemindən uzaqlaşdırmışdı.

Həmin dövrdə bu planlar baş tutmadı, xalqımız şimaldan əsən avantüra küləyinə aldanmadı, siyasi dəllallara dəstək vermədi. Bundan sonra Abbas Abbasov müəyyən dövr itdi, efirdə görünmədi. Sonra aydın oldu ki, o, milyarder Telman İsmayılovun yanında işə düzəlib. Belə ki, Abbasov İsmayılovun qonaqlarını qarşılayır, yola salır, bir sözlə, lakeylik edir, Telman İsmayılovun yavəri qismində çalışırdı. Bütün bu avantüradan sonra, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Həmin səfər çərçivəsində keçirilən müzakirələrlə bütün məsələlərə son qoyuldu.

Yeri gəlmişkən, Abbas Abbasov bu günə kimi Azərbaycana gələ bilmir. O, erməniəsilli qaynanasının dəfnində belə iştirak edə bilmədi”, – məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Oktyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri