Abbas Əraqçi: İrana qarşı əməliyyat ABŞ yə 100 milyard dollara başa gəlib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 1 may, AZƏRTAC
Pentaqonun hesablamalarının əksinə olaraq, ABŞ İrana qarşı əməliyyata təxminən 100 milyard dollar xərcləyib.
AZƏRTAC xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə özünün sosial media hesabında yazıb. “İrana qarşı hərbi əməliyyatlar Birləşmiş Ştatlara təxminən 100 milyard dollara başa gəlib ki, bu da açıqlanan məbləğdən dörd dəfə çoxdur. Amerika vergiödəyiciləri üçün dolayı xərclər isə daha yüksəkdir”, - deyə nazir iddia edib.
Aprelin 29-da ABŞ-ın hərb nazirinin maliyyə məsələləri üzrə müavini vəzifəsini icra edən Culs Hörst ilkin hesablamalara görə, İrana qarşı hərbi əməliyyata təxminən 25 milyard dollar xərcləndiyini bildirib.
Bu mövzuda digər xəbərlər:Hörst: İrana qarşı hərbi əməliyyat ABŞ yə 29 milyard dollara başa gəlib
12 May 2026 19:49
Abbas Əraqçi: ABŞ nin İrana qarşı istifadə etdiyi bütün yerlər ordumuzun hədəfindədir
03 İyun 2026 22:12
İrana qarşı hərbi əməliyyat ABŞ yə neçəyə başa gəlib? Son rəqəmlər
18 İyun 2026 12:57
ABŞ İrana qarşı 100 gün əməliyyat keçirməyi planlaşdırır KİV
05 Mart 2026 09:34
Abbas Əraqçi ABŞ və İsrailin İrana hücum ehtimalının olmadığını bildirib
09 Yanvar 2026 17:20
Baxış sayı:181
Bu xəbər 01 May 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















