Hörst: İrana qarşı hərbi əməliyyat ABŞ yə 29 milyard dollara başa gəlib
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
ABŞ və İsrailin İrana qarşı əməliyyatı çərçivəsində Vaşinqtonun hərbi xərcləri bu günə qədər 29 milyard dollar təşkil edib.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bunu Pentaqonun baş maliyyə məmuru Culs Hörst bildirib.
O qeyd edib ki, bu məbləğə hərbi texnikanın yenilənməsi, təmiri və dəyişdirilməsi, eləcə də əməliyyat xərcləri daxildir.
Hörst vurğulayıb ki, xərclər ötən ayın sonunda açıqlanan göstərici ilə müqayisədə 4 milyard dollar artıb.
Qeyd edək ki, aprelin sonunda ABŞ-nin müharibə naziri Pit Heqset İrana qarşı hərbi əməliyyat çərçivəsində ABŞ-nin xərclərinin 25 milyard dollar təşkil etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:Abbas Əraqçi: İrana qarşı əməliyyat ABŞ yə 100 milyard dollara başa gəlib
01 May 2026 14:13
İrana qarşı hərbi əməliyyat ABŞ yə neçəyə başa gəlib? Son rəqəmlər
18 İyun 2026 12:57
ABŞ ın İrana qarşı müharibə xərcləri 29 milyard dollara yaxınlaşır
12 May 2026 18:05
ABŞ ın İrana qarşı hərbi əməliyyatları 40 milyard dollara başa gəlib
22 İyun 2026 08:01
“ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyat hazırlayır”
18 Fevral 2026 16:16
Baxış sayı:121
Bu xəbər 12 May 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















