Icma.az
close
up
RU
Abbas Hüseynov: Romao və Juninyo üçün darıxıram

Abbas Hüseynov: Romao və Juninyo üçün darıxıram

Icma.az, Apasport saytına istinadən bildirir.

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov apasport.az saytına müsahibə verib. 

- Hazırda vəziyyətin necədir? Məşqlərə nə vaxt başlayacaqsan? 
- Hazırda vəziyyətim yaxşıdır. Hər şey istədiyimiz kimi gedir. Ümid edirəm ki, bundan da yaxşı olar. Məşqlərə bir həftədən sonra yavaş-yavaş başlayacam. Təkrar MRT müayinəsi olunacam. Əgər hər şey istədiyimiz kimi olarsa, 2 həftəyə komanda ilə də məşqlərə başlayacam. Amma yenə də həkim təlimatlandırmalıdır, nə desə, elə edəcəyik.

- Ölkə kubokunun ¼ final mərhələsinin “Səbail”lə ilk oyununda zədələnmişdin...
- Bu dəfə əvvəlki zədələrimdən fərqli idi. İlk dəfə idi ki, bu cür zədə alırdım. Əzələmdə ikinci dərəcəli yırtıq əmələ gəldi. Müalicə etdik, bir həftədən sonra yüngül məşqlərə başlamalıyam.

- “Qarabağ” ölkə kubokunda “Səbail” səddini keçərək yarımfinala adladı. Ötən mövsümkü kimi “qızıl dubl” etmək mümkün olacaq?
- Əlbəttə ki, komandama və komanda yoldaşlarıma  inanıram, güvənirəm. Fikrimcə, bu mövsüm də "qızıl dubl" edə bilərik. Bunun üçün sona qədər mübarizə aparacağıq.

- Ümumiyyətlə bu mövsüm “Qarabağ”ın çempionatda sanki rəqibi yoxdur. Yəqin ki, komanda asanlıqla çempion olacaq. Yoxsa belə düşünmürsüz? Sona qədər mübarizə gedəcək?
- Xeyr, mən belə düşünmürəm. Rəqiblər bizi yaxşı analiz edirlər. Hər bir klub yaxşı oynayır. Biz bir neçə oyunda xal da itirdik. Rahatlaşmaq olmaz. Məşqçilərin bizə verdiyindən də çox çalışmalıyıq. Öz üzərimizdə işləməliyik. Sonda da baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirməliyik ki, hər şey istədiyimiz kimi olsun.   

- Komandanın Avropa Liqasında liqa mərhələsini sonuncu pillədə bitirməsini necə şərh edərdin?

- Şəxsi fikrim belədir ki, biz çox yaxşı komandalarla mübarizə apardıq. Hər kəsə də kim olduğumuzu göstərdik. Əfsuslar olsun ki, xal qazana bilmədik. Düzdür, bir oyunda üç xal qazandıq. Sadəcə onunla kifayətlənmək istəmirdik. İnanıram ki, bu mövsüm Azərbaycan çempionu olub, Çempionlar Liqasında indiyə kimi nə qədər yaxşı nəticə vermişiksə, ondan da yaxşısını edəcəyik. Komandamızda heç bir problem yox idi, hər şey yerindəydi. Sadəcə şanssızlıq yaşadıq. Futboldur da, olur. Həyatda da şanssızlıqlar olur. Çalışıb, əl-ələ verib, şanssızlıqdan çıxacağıq və yeni sezon bundan da əla performans göstərəcəyik.

- Julio Romao və Juninyonun gedişini, Kadi Borgesin geri qayıdışı barədə nə düşünürsən? 
- Həm "Qarabağ" futbolçusu, həm də "Qarabağ" azarkeşi kimi deyim ki, Romao və Juninyonun yeri görünür. Görünəcək də. Amma inanıram ki, baş məşqçimiz bununla bağlı ən doğru qərarı verəcək. Daha da yaxşı olacağıq. Düzünü deyim, bir futbolçu kimi onlar üçün darıxıram da. Kadi Borgesin necə futbolçu olduğunu isə hamımız bilirik. Şadam ki, Kadi yenidən "Qarabağ"a qayıtdı.

-  “Qarabağ”la müqavilə müddətin nə vaxta qədərdir?
- "Qarabağ"la 2 illik daha müqaviləm var. Hazırda "Qarabağ"ın futbolçusuyam. Daha 2 il bu komandada qalmaq istəyirəm. Ötən il 3 illik müqavilə imzalamışdım. Özümü bu komandada  xoşbəxt hiss edirəm. 

- 2025/2026 mövsümündən Premyer Liqada legioner limiti tətbiq olunmayacaq. Bu da yerli oyunçuları narahat edir. Səncə, limit olmasa da, yerlilərə şans veriləcək?
- Bu qərar haqda çox danışmayım. İstəməzdim ki, belə şey olsun. Amma bu cür qərarlara qarışmıram. Mən futbolçuyam, özümə güvənirəm, inanıram. Hər zaman da rəqabətə hazıram. Öz üzərimdə daha çox işləməyə çalışacam ki, öz yerimi bərkidim. Əgər legionerdən güclüsənsə, güclü oynayırsansa, əsas heyətdə olacaqsan. Baş məşqçimiz Qurban Qurbanov həmişə ədalətli olub, həmişə ən düzgününü edib. Çalışacam ki, daha yaxşı olum ki, daim əsas heyətdə çıxış edim. 

Birinci Liqa: "Qəbələ" "Karvan"a, "Mingəçevir" "Difai"yə qarşı - YENİLƏNİR "Sabah"ın rəqibi bəlli olur: "Neftçi" "Kəpəz"lə üz-üzə - YENİLƏNİR Azərbaycan Kuboku: "Zirə" "Araz-Naxçıvan"ı qəbul edir - YENİLƏNİR “Sumqayıt”ın baş məşqçisi: “Kaş rəsmi müqavilə imzalamazdım” Vaqif Cavadov: "Mən robot deyiləm"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see337

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see315

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see297

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see292

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see262

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see258

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see247

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see240

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see205

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see200

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see195

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see194

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see193

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see190

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see181

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see179

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri