Icma.az
close
up
RU
Abbasov: “Millidən təklif gələrsə…”

Abbasov: “Millidən təklif gələrsə…”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının IV turunun “Şamaxı” – “Karvan-Yevlax” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Bizim üçün önəmli oyun idi. Azarkeşlərimizi sevindirmək istəyirdik. İlk qələbəmizi qazandıq. Turnir cədvəlində xallar önəmlidir. Gələcək oyunlara daha rahat hazırlaşmaqçün elə matçlar vacibdir. İşimizin öhdəsindən gəldik. “Karvan-Yevlax” bundan öncəki matçlarda yaxşı mübarizə aparmışdı. Qol vurmaq lazım idi və qoldan sonra daha yaxşı oynamağa başladıq. Futbolçuların potensialı var. İkinci hissədə meydanda gənclərimiz çoxaldı. Bu, bizi sevindirir. Burda qazanan milli komanda olacaq. Çempionat sərtləşir. İnanıram ki, hamı ilə mübarizə aparmağa gücümüz çatacaq.

– Gənclər şanslarından nə dərəcə istifadə edə bilirlər?
– Bu dəqiqə onlardan 100 faiz hazır deyilik. Emil Süleymanov U-21-in əsas oyunçularındandır. Oruc Məmmədov da formasını bərpa edir. Bura gəlməzdən əvvəl zədəli idi. Rüfət daim əsas heyətdir, Edqar Ədilxanov əməliyyat olacaq və təxminən 3 həftə oynamayacaq. Sənanın, Nihatın gələcəyi qarşıdadır. Onlara vaxt lazımdır. İndi onlara yüklənmək olmaz. Belə oyunlar onlar üçün vacibdir. İnanıram ki, faydalı olacaqlar.

– Səhv etmirəmsə, tarixinizdə ilk dəfə 3:0 hesablı qələbə qazandı. Bu, limitin ləğvi ilə bağlıdır?
– Mən də yeni bildim ki, “Şamaxı” tarixinin ən böyükhesablı qələbəsidir. Limitə bağlamazdım. Ötən ildən burdayıq, komanda yavaş-yavaş formalaşır. Hər hesab mümkündür.

– Millinin qarşıda Fransa ilə oyunu var. Hazırlıq “Şamaxı”dakı işinizə təsir etməyəcək?
– Buna cavab verə bilmərəm. Hazırda U-21 və “Şamaxı”nın baş məşqçisiyəm.

– Təklif olsa, davam edərsiz?
– Təklif müzakirə olunmalıdır. Fikir mübadiləsi aparılacaq mövzular var. Tək Fransa ilə oyuna hazırlıqdan söhbət gedə bilməz. Federasiyanın vaxtı var, yəqin yaxşı düşünüb, qərar verəcəklər. Gələn məşqçi bu oyunları yox, qarşıdan gələn ilə hazırlığı da düşünməlidir. Ehtiyac varsa, canla-başla. İnanarlarsa, fikir mübadiləsi aparmaq olar.

– Santuşun qarşısına Avro-2028-ə vəsiqə hədəfi qoyulmuşdu. Bu, nə dərəcə real idi?
– Millidə potensial var. Amma vəsiqəyə söz vermək düzgün deyil. Qarşıda vaxt var. Püşkdən, sistem formalaşmasından çox şey asılıdır. Müasir futbol inkişaf edir. “Qarabağ”la Çempionlar Liqasında oynayan oyunçular var. İnanmaq lazımdır. Bir sistemlə çalışsaq, nəsə etmək olar. U-21-.ə baxaq. Düzdür, deyirlər ki, siz də 0:5 uduzmusunuz. Amma nəticəyə yox, oyuna da baxmaq lazımdır. Portuqaliya ilə oyunda 3-4 epizoda girdik. Uşaqlara inanmaq lazımdır. Püşkdə də yaxşı şans gəlsə, niyə də olmasın? Moldova bu gün 1:11 hesabıyla uduzur, Türkiyə ispanlardan 6 qol buraxır. Biz böyük komanda deyilik ki, siğortalanaq.

– Bir gündə milli ilə xal qazandınız. Yığma üçün yenidən xarici məşqçi namizədlərin adları çəkilir. Bu, sizə təsir etmir?
– Xeyr. İnanın, düşünmürəm. Tək mən yox, kiməsə inam olmaza, irəli getmək olmayacaq. Bəlkə, günyarım ərzində məşqçilər, futbolçular böyük iş gördülər. Gələcəkdə olacaq şey mənə təsir etməyəcək. İşim var. Fikir olarsa, müzakirə olmalıdır.

– Şuaybu ikinci oyundur, qol vurulmasında faydalı olur. Starta çıxmağa hazırdır?
– Şuaybunun bu gün starta olub-olmaması haqda çox düşündüm. Ancaq əsasda başlasaydı, sonradan oyunu gücləndirəcək hücumçu olmayacaqdı. Gələcəkdəki matçlarda startda ola bilər. Heyətdə rəqabət var. Düzdür, bəzi mövqelərdə təcrübəsizlik görünür.

– Əvvəlki matçdan sonra hakimlərə nəyisə sübut etməyin mümkün olmadığını demişdiniz. Bu gün də sarı vərəqə aldınız…
– Baş hakim Fəridlə danışdıq. Rikardo qapıçıdır və emosiyalı ola bilər. Həm də hər oyun çox sarı vərəqə alırıq. Gərək futbolçularla da danışaq. Bu gün oyun normal idarə olundu.

– Sizcə, ayın qolu növbəti dəfə “Şamaxı”ya gələcək?
– Namizəd ola bilər.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 Sentyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see303

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see265

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see262

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see255

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see254

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see242

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see238

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see234

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see227

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see226

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see222

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see217

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see209

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see207

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see207

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see203

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see186

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see182

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see172

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri