Abbasov Renatı buna görə millidən uzaqlaşdırdı
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan milli futbol komandasının hücumçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Ukrayna yığmasına qarşı oyunda (1:2) iştirak etməməsinin səbəbi məlum olub.
Axar.az Azerisport.com-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Fransaya qarşı keçirilən oyunun ikinci hissəsində meydana buraxılmalı imiş.
Lakin taktiki və oyunla bağlı səbəblərə görə, onun əvəzinə başqa bir futbolçu oyuna daxil edilib.
Bu qərar Polşanın "Motor" klubunda çıxış edən və hazırda yaxşı formada olmayan hücumçunun xoşuna gəlməyib. R.Dadaşov narazılığını baş məşqçi Ayxan Abbasova bildirib. Nəticədə o növbəti oyunun - Ukrayna ilə görüşün iştirak ərizəsinə salınmayıb.
Hazırda Dadaşovun Ayxan Abbasov milli komandanın baş məşqçisi olduğu müddətdə milliyə çağırılıb-çağırılmayacağı sual altındadır.


