Icma.az
close
up
RU
Abdullah Avey: Türkiyənin 24 cü Milli Mexanika Konqresi Bakıda keçiriləcək

Abdullah Avey: Türkiyənin 24 cü Milli Mexanika Konqresi Bakıda keçiriləcək

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

İstanbul, 21 aprel, Günel Karatepe, AZƏRTAC

1976-cı ildə Türkiyədə yaradılmış Milli Nəzəri və Tətbiqi Mexanika Komitəsi (TUMTMK) hər iki ildən bir ölkə daxilində “Milli Mexanika Konqresi” təşkil edir. Sonuncu, 23-cü konqres 2023-cü ildə Konyada keçirilib. 24-cü Milli Mexanika Konqresi isə ilk dəfə olaraq Türkiyə sərhədlərindən kənarda, bu il sentyabrın 2-5-də Bakıda təşkil olunacaq. Biz bu günü təxminən 25 il əvvəl, hazırkı TUMTMK-nın sədri professor Mehmet Omurtag ilə birlikdə xəyal etmişdik. Sevinc hissi ilə qeyd edirik ki, bu il həmin arzunu TUMTMK sədrinin təşəbbüsü və Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Asəf Zamanovun dəstəyi, həmçinin Azərbaycan və Türkiyənin digər ali təhsil müəssisələrinin iştirakı ilə reallaşdıracağıq. Bu, “Bir millət, iki dövlət” anlayışının canlı nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Milli Nəzəri və Tətbiqi Mexanika Komitəsinin sədr müavini, İstanbul Ticarət Universitetinin professoru Abdullah Avey bildirib. O deyib: “Eyni etnik mənşəyə, dilə, dinə və mədəniyyətə sahib olduğumuz üçün Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə özünəməxsus yerə malikdir. Azərbaycan və Türkiyə hər zaman şad və kədərli günlərdə bir yerdə olublar. Bunun həm uzaq, həm də yaxın tariximizdə çoxsaylı nümunələr var. Bu gün iki ölkə arasında münasibətlər prezidentlərin uzaqgörən siyasəti nəticəsində ən yüksək səviyyəyə çatıb. Hazırda siyasi, iqtisadi və mədəni əlaqələrlə yanaşı, elm və təhsil sahəsində də yüksək səviyyəli əməkdaşlıqların daha da genişləndirilməsi üçün ciddi səylər göstərilir. Azərbaycanın demək olar ki, bütün universitetləri və elmi-tədqiqat institutları ilə Türkiyənin müvafiq qurumları arasında birgə layihələr, ortaq tədris proqramları həyata keçirilir, elmi konfranslar təşkil olunur. Bu əməkdaşlıq çərçivəsində alimlərin fəallığı ölkələrimiz arasında bütün əlaqələrin daha da dərinləşməsinə və müasir texnologiyaların tətbiqi və inkişafına təkan verə bilər”.

Professor bildirib ki, TUMTMK-nın missiyası nəzəri və tətbiqi mexanika sahəsi ilə məşğul olan tədqiqatçılarla milli və beynəlxalq təşkilatlar arasında əlaqələrin qurulması və bu sahənin elmi inkişafına töhfə verə biləcək təşəbbüslərin həyata keçirilməsidir. O qeyd edib ki, bu missiyanın əsas dayaqlarından biri tədqiqatçılar arasında ünsiyyət və əməkdaşlığı təşviq edən, elmi mühiti zənginləşdirən konqreslərin təşkil olunmasıdır.

Qeyd edək ki, Mexanikada Yeni Meyillər üzrə Beynəlxalq Konqres (ICNTM25) və 24-cü Milli Mexanika Konqresi (UMK24) ölkələrimiz və xüsusilə alimlərimiz arasında informasiya axınının intensivləşməsinə, birgə elmi araşdırma və layihələrin aktivləşməsinə xidmət edəcək. Bu, irimiqyaslı tədbirə Azərbaycan Dövlət Pedaqoji Universiteti ev sahibliyi edəcək. Azərbaycan və Türkiyənin nüfuzlu elm və tədris müəssisələri də konqresin təşkilində iştirak edirlər. Konqresdə dəvət olunmuş məruzəçilərin çıxışları, şifahi təqdimatlar və müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri