Mexanika Mühəndisləri Forumu keçiriləcək
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
24-25 aprel 2025-ci il tarixlərində Astanada Qazaxıstan Mexanika Mühəndisləri Forumu keçiriləcək.
Newscenter.az Qazaxıstanın Sənaye və Tikinti Nazirliyinə istinadən bildirir ki, beynəlxalq əhəmiyyətli forumda bu il 20-dən çox ölkədən 1500-dən çox nümayəndə iştirak edəcək.
Onların arasında dövlət sektorunun nümayəndələri, biznes qurumları, iri istehlakçılar, maşınqayırma məhsullarının aparıcı istehsalçıları var.
Forumda Maşınqayırmanın İnkişafına dair Kompleks Planın icrası ilə bağlı məsələlər, sənayenin inkişafında xarici tərəfdaşların rolu, o cümlədən sənayenin robotlaşdırılması və rəqəmsallaşdırılması sahəsində mövcud tendensiyalar, maşınqayırma sənayesi üçün kadr hazırlığı ilə bağlı məsələlər müzakirə olunacaq.
Müzakirələr zamanı əsas sənaye sahələrinin inkişafına, dəmir yolu, kənd təsərrüfatı, neft-qaz maşınqayırması, avtomobil sənayesinin perspektivlərinə xüsusi diqqət yetiriləcək.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Mexanika Mühəndisləri İnstitutunun nümayəndələri BANM də olub
07 May 2025 15:25
“Renault” mühəndisləri ixtisar edir
15 Aprel 2026 15:51
Rus mühəndisləri sürücüsüz traktor yaradıblar...
13 Mart 2025 22:45
Gələcəyin mühəndisləri Qarabağda yetişir VİDEO
04 May 2026 12:38
Abdullah Avey: Türkiyənin 24 cü Milli Mexanika Konqresi Bakıda keçiriləcək
21 Aprel 2025 14:53
Baxış sayı:135
Bu xəbər 08 Aprel 2025 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















