Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa çağıra bilər Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Ömürlük həbs cəzasına məhkum olan PKK terror təşkilatının lideri Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa və Türkiyə ilə illərdir davam edən silahlı münaqişəyə son qoymağa çağıra bilər.
Bu barədə "Türkiye" qəzeti yazıb.
Məlumata görə, Öcalanın çağırışı PKK-nın İraqın şimalı və Suriyadakı silahlı döyüşçülərinə, həmçinin Avropadakı tərəfdarlarına ünvanlanacaq. Çağırış ya əl yazısı ilə yazılmış məktub, ya da videomüraciət formasında olacaq.
Bunun Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) nümayəndələrinin İmrali adasındakı həbsxanada Öcalanı ikinci və ya üçüncü dəfə ziyarətindən sonra baş verəcəyi ehtimal olunur. Onlar daha əvvəl dekabr ayında Öcalanla görüşüblər.
TGRT telekanalının məlumatına görə, Öcalanın PKK-ya müraciətinin fevralın ortalarına qədər elan edilməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 10 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















