Icma.az
close
up
RU
Abdullah Öcalan azadlığa çıxır?

Abdullah Öcalan azadlığa çıxır?

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə parlamenti qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlıları üçün məhdud və şərti əfv qərarı verən qanunu təsdiqləyib.

Parlamentin 468 üzvü qərarın lehinə, 88-i əleyhinə səs verib, altısı isə bitərəf qalıb. Musavat.com xəbər verir ki, qanunda 27 ildir həbsdə olan PKK-nın qurucusu Abdullah Öcalanın taleyi ilə bağlı heç bir müddəa yoxdur. Türkiyə həbsxanalarında saxlanılan təxminən 10.000 keçmiş PKK tərəfdarından təxminən 3500-ü ilk mərhələdə azadlığa buraxıla bilər. Lakin müddəalar yalnız təhlükəsizlik orqanları PKK və onunla əlaqəli qüvvələrin ləğvini, eləcə də silahların təhvil verilməsini təsdiqlədikdən sonra tətbiq oluna bilər.

PKK bəyan edib ki, Abdullah Öcalan azad edilmədikcə qanunun bir çox müddəaları qüvvədə olmayacaq. 1984-cü ildən bəri PKK ilə Türkiyə ordusu arasında gedən döyüşlərdə ən azı 50.000 insan həlak olub. 2013-cü ildə atəşkəs elan edilib, lakin sülh prosesi 2015-ci ilin yayında dayandırılıb. 2025-ci ilin fevral ayında Türkiyənin İmralı adasında həbs cəzası çəkən Öcalan təşkilatı silahlarını yerə qoymağa və dağılmağa çağırıb. Üç ay sonra PKK rəhbərliyi partiyanın dağıldığını və Türkiyə dövlətinə qarşı uzun müddətdir davam edən silahlı mübarizəsinin bitdiyini elan edib.

Silahsızlaşdırma prosesi iyul ayında başlayıb və oktyabrın sonunda PKK silahlı qüvvələrinin Türkiyədən, 2025-ci ilin noyabrında isə İraqın şimalındakı sərhəd bölgəsindən çıxarıldığını elan edib. Qeyd edək ki, Öcalanın azadlığa çıxacağı ilə bağlı rəsmi qərar yoxdur. Türkiyə siyasətində bəzi siyasi xadimlərin təklifləri və müzakirələri olsa da, onun azadlığa buraxılması barədə dövlət qurumlarından təsdiqlənmiş rəsmi məlumat verilməyib.

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Öcalanın ev dustaqlığına buraxılması mümkündür, amma PKK-nın tam tərksilah olunması prosesi başa çatmalıdır. Analitikin şərhinə görə, PKK regionda əhəmiyyətini itirimiş bir terror təşkilatıdır və bundan sonra baş qaldırmasının perspektivi yoxdur:  “Amma sonuncu üzvü də silah-sursatını təhvil verməli, bölgədə bütün təhdid və risklər aradan qaldırılmalı, Qəndildə kampları ləğv edilməli, bir sözlə, demilitarzasiya və demontaj həyata keçirilməlidir. Öcalan yalnız bundan sonra ev dustaqlığına çıxa bilər”.

Təhlilçi əlavə edib ki, tərksilah davam edir və zaman tələb olunan məsələdir: “Ancaq sinxron şəkildə PKK üzvlərinin bir qisminin həbsdən buraxılması, cəmiyyətə adaptasiyası, iş təminatı mümkündür. Bunun üçün təsnifatlaşdırmaya ehtiyac var. Onların arasında ağır cinayət törədənlər də var, silahı götürüb PKK-ya qoşulan, amma terror aktında iştirak etməyənlər də var. Yəni mərhələli şəkildə, cinayətin dərəcəsinə uyğun olaraq əfv prosesi həyata keçiriləcək. Öcalan isə azadlıqda ölmək istəyirsə, PKK-çıların daha sürətli tərksilah olunmasına çağırış etməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Avqust 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri