ABF nin idman direktoru: Milli komandaların inkişafı üçün uzunmüddətli planlar qururuq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Milli komandaların inkişafı üçün mərhələli və uzunmüddətli planlar qururuq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) türkiyəli idman direktoru Turqay Zeytingöz yığmalarla bağlı vəziyyəti dəyərləndirərkən deyib.
ABF rəsmisi kişilərdən ibarət komandada legioner strategiyası həyata keçirdiklərini bildirib: “Hazırda yığmada legioner basketbolçumuz var. 2029-cu il keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarında İspaniyanın “Tenerife” klubunun oyunçusu Vesli Van Bekin xidmətindən istifadə etmək qərarına gəldik. O, Bakıda Lüksemburqla keçirilən son qarşılaşmada yaxşı çıxış etdi və turnirin sonuna qədər bizimlə olacaq. Ümid edirəm ki, seçmə mərhələni müsbət nəticələrlə başa vurarıq. Növbəti raundlar üçün isə vəziyyəti dəyərləndirəcəyik”.
O, qadınlardan ibarət millinin inkişafı üçün isə uzunmüddətli strategiya hazırlandığını vurğulayıb: “Hazırda qadın yığmamızın yaş ortalaması 18-dir. 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin ilk 3 matçında məğlub olsalar da, əsas məqsəd gənc oyunçulara təcrübə qazandırmaqdır. Yaxşı mübarizə apardılar və onlardan gələcək yarışlarda bundan da artığını gözləyirik. Bu komanda son olaraq Avropa çempionatının B Divizionunu 12-ci yerdə tamamladı və hər rəqibə qarşı layiqli mübarizə apardı. Hesab edirik ki, 4-5 ilə bu komanda əsas milli səviyyəsində rəqabətədavamlı olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 Dekabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















