Icma.az
close
up
RU
Azərbaycan Şahmat Federasiyasının prezidenti: Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm

Azərbaycan Şahmat Federasiyasının prezidenti: Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Avropa çempionatı kişi şahmatçılardan ibarət Azərbaycan komandası üçün sabit alındı. Şahmatçılarımız son tur ərəfəsində məğlub olmayan yeganə komanda idi və təəccüblü deyil ki, birinci yerdə qərarlaşmışdılar. Təəssüflər olsun ki, 9-cu turda istədiyimiz nəticə alınmadı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov kişilərdən ibarət yığmanın Gürcüstanın Batumi şəhərində komandalar arasında Avropa çempionatındakı nəticəsini şərh edərkən deyib.

O, bildirib ki, şahmatda son turun öz qəribəlikləri var: “Son turda oyunlar daha tez başlayır, şahmatçılar yorğun olur və səhvlərin sayı artır. Ona görə çempionatı yüksək səviyyədə keçirən Şəhriyar son partiyada bir dəqiqəlik konsentrasiyanı itirdi. Bu yorğunluqla bağlıdır, unutmayaq ki, Şəhriyar ardıcıl 9 turda mübarizə apardı. Bizim həm kişilər, həm də qadın şahmatçılardan ibarət komandalarda 9 tur oynayan yalnız Şəhriyar oldu və əsl lider olduğunu göstərdi”.

M.Məmmədov digər şahmatçıların çıxışına da toxunub: “Rauf Məmmədov Ukraynayla qarşılaşmada gözəl qələbə qazandı. Eyni zamanda Aydın Süleymanlının gözəl qələbələri oldu. Məhəmməd Muradlı gözlədiyimiz kimi çıxış edərək komandaya kömək etməyə çalışdı. Eltac Səfərli üçün çempionat sanki intibah turniri kimi keçdi. Üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medal qazandı, həm də reytinqini artırdı. Şahmatçımız Teymur Rəcəbovun kapitanlığının təqdirəlayiq olduğunu qeyd etməliyəm. Komandada hər bir şahmatçı haqqında danışmaq olar. Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm. Əlbəttə qızıl medal daha yaxşı nəticədi. Azərbaycan komandası üç dəfə Avropa çempionu olub və dördüncü dəfə qızıl medal qazanacağımıza böyük ümid var idi”.

AŞF rəhbəri Avropa çempionatında çıxış edən qadın şahmatçıların nəticəsi barədə də fikirlərini bildirib: “Qadın şahmatçılardan ibarət Azərbaycan komandasına gəlincə turnir onlar üçün enişli-yoxuşlu oldu. Xeyli xal payladılar rəqib komandalara. Halbuki qadın şahmatçılarımız çempionata çox yüksək səviyyədə hazırlıq keçmişdilər. Yarışa onlarla birgə məşqçi heyəti Nicat Abasov və Qədir Hüseynov da yollanmışdı. Bildiyiniz kimi Günay Məmmədzadə ailə vəziyyətinə görə müvəqqəti olaraq komandada çıxış etmir. Biz onun tezliklə komandaya qayıdacağına ümid edirik.

Ayan Allahverdiyeva üçün milli komandada ilk çempionat kimi yadda qaldı. Bir partiyada tamamilə udulmuş vəziyyətdə qəflətən məğlub oldu. Bu amil sonrakı oyunlarına təsirsiz ötüşmədi. Bununla belə biz Ayanın yüksək potensialını görürük. Ülviyyə Fətəliyeva özünü komandanın əsl lider kimi göstərdi. Xanım Balacayeva və Gövhər Beydullayevanın üstünlüklərini reallaşdırmadıqları, sona çatdırmadıqları partiyaların sayı çox oldu. Gülnar Məmmədova qitə çempionatını çox yaxşı keçirdi. Son turda oynamasaydı, öz lövhəsində birinci yerə çıxacaqdı.

Ümumiyyətlə komandada realizə olunmayan məqamlar kifayət qədər oldu. Azərbaycan komandası öz böyük potensialını göstərdi. Mənim fikrimcə optimal formada olsaydılar, üstün olduqları oyunlarda xallar qazanılsaydı çempionatı 1 və ya 2-ci yerdə başa vurmaq olardı. Son iki qitə çempionatında qadın şahmatçılarımız bürünc və gümüş medallar qazanıb. Əfsuslar olsun, bu dəfə mükafatçılar sırasında yer almadılar. Amma biz bundan nəticə çıxarmalı və daha çox işləməliyik”.

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazanıb. Qadınlardan ibarət yığma isə 10-cu yeri tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri