Icma.az
close
up
RU
Статья не опубликована
Abidə tez bir zamanda təmir edilməsə, təbii təsirlərdən dağılacaq AÇIQLAMA

Abidə tez bir zamanda təmir edilməsə, təbii təsirlərdən dağılacaq AÇIQLAMA

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əbu Müslüm məscidi Quba rayonunun Qrız kəndində yerləşir. Məscidin divar daşında olan yazılar onun 749-cu ildə inşa edildiyini təsdiqləyir. Bu ibadətgahın tikilməsinin əsas məqsədi İslam dinini yerli əhali arasında yaymaq olub. Məscidə "Cümə məscidi" də deyilir. Buna səbəb cümə günləri sakinlərin burada bir araya gələrək namaz qılması olub.

Bu məscid qaya üzərində inşa edilib və Əbu Müslüm əl-Xorasaninin adı ilə bağlıdır. O, Əməvilər sülaləsinə qarşı hərəkatın rəhbəri olub.

Eyni adlı ibadət evləri Qubanın Xınalıq və Cek kəndlərində də mövcuddur. Lakin təəssüf ki, Qrız kəndindəki məscid zamanla dağıntılara məruz qaldığından hazırda fəaliyyət göstərmir.

Aznews.az xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev ilk olaraq bildirib ki, hər şeydən öncə Qrız kəndi Azərbaycan Alban irsinin daşıyıcısı olan qrızlıların məskunlaşdığı bir kənddir:

“Qədim alban etnoslarından birinin (Hər tayfasının) nəslindən olan bu etnik qrupun Azərbaycan ərazisində ən qədim məscidlərdən birinə sahib olması multikulturalizmi ilə dünyaya örnək olan Azərbaycan üçün çox mühüm məsələdir. Abidə tez bir zamanda təmir edilməsə, təbii təsirlərdən dağılacaq. Bu məscidə dəfələrlə baxış keçirilib və təmirinin sadəcə "növbəti illərdə" nəzərdə tutulması barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən açıqlama verilib. Konservasiya üsulları və ya bərpa ehtiyacları barədə qərar verməzdən əvvəl abidənin estetik, tarixi, elmi, dini və simvolik dəyərləri mütləq qiymətləndirilməli və bərpa ona uyğun aparılmalıdır. Abidə təmir edilərkən də əhali içərisində maarifləndirmə işi aparılmalıdır ki, məscidə aid olan, üzərində nəfis naxışlar olan taxtaların və məscidin daşlarının kənd içərisində səpələnməsinə yol verməsinlər”.

Onun sözlərinə görə, bu məscidin bərpası ölkəmizə ən qədim məscidlərimizdən birini qazandıra bilər:

“Bu da istər tarixi, istərsə də turizm baxımından əhəmiyyətlidir. İkincisi isə Alban irsinin daşıyıcısı olan qrızlıların tarixinin daha dərindən tədqiq edilməsinə və kənd ərazisində ilk dəfə olaraq sistemli arxeoloji tədqiqatların aparılmasına maraq yarada bilər. Bu məscidin bərpası həm də multikultural dəyərlərimiz baxımından əhəmiyyətlidir. Çünki bu gün kənddə sadəcə İslam memarlığı deyil, İslama qədərki memarlıq, yəhudi məzarlığı, qavaldaşı belə var. Adı çəkilən məsciddən savayı kəndin ərazisindəki Qrız qalasının, tarixi pirlərin, Qobustandakı kimi tarixi əhəmiyyətli dairəvi çalaların, qavaldaşının da tədqiqinə və qorunmasına diqqəti yönəldə bilər. Məscid bərpa edildikdən sonra onu, həm də diyarşünaslıq muzeyinə çevirmək faydalı olardı. Bu, həmin abidənin bir daha eyni aqibəti yaşamaması üçün zəruridir”, - deyə E.Nəciyev fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 13 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri