Icma.az
close
up
RU
AMEA nın yubileyinə həsr olunmuş konfrans

AMEA nın yubileyinə həsr olunmuş konfrans

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illliyinə və Elm Gününə həsr olunmuş elmi konfrans keçirilib.

Muxtar respublikada fəliyyət göstərən elmi qurumların əməkdaşlarının iştirak etdikləri “Azərbaycanın elm məbədi” adlı elmi konfransda giriş sözü ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev milli akademiyanın yaranma və inkişaf tarixi barədə məlumat verib. Akademik qeyd edib ki, 1923-cü ildə özülü qoyulan, 1945-ci ildə müstəqil akademiya kimi formalaşan bu çoxsahəli elmi müəssisənin sovet zamanı önəmli yüksəlişi və müstəqillik dövründə tam milliləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər müstəqillik şəraitində digər zəruri qurumlar kimi, akademiyanın da normal fəaliyyətini təmin etdi.

Bölmə sədri söyləyib ki, 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “milli” statusu verilməsi, 2016-cı ildə “Elm haqqında Azərbaycan Respublikası Qanunu”nun qəbul olunması, 27 Mart Elm Gününün təsis edilməsi, elm sahəsində aparılan islahatlar ölkə elminin problemlərini aradan qaldıraraq onu yeni inkişaf yoluna çıxardı, elmi işçilərin fəliyyətini stimullaşdırdı.

Konfransın davamında Bölmənin Əlyazmalar Fondunun direktoru, dosent Fərman Xəlilov “Azərbaycan Elmlər Akademiyasının yaranmasında Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyev “Azərbaycan Elmlər Akademiyası inkişaf yollarında: 1945–1969-cu illər”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, professor Vəli Baxşəliyev “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası”, Təbii Ehtiyatlar İnstitutunun direktoru, professor Tofiq Əliyev “Azərbaycan Elmlər Akademiyasının yaranmasından sonra Naxçıvanda fundamental və tətbiqi elm sahələrinin inkişafı”, Batabat Astrofizika Rəsədxanasının direktor əvəzi Ruslan Məmmədov “Azərbaycan Elmlər Akademiyasının yaranması və astronomiya elminin inkişafı məsələləri”, Bioresurslar İnstitutunun direktoru, dosent İsmayıl Məmmədov “Azərbaycan Milli Elmlər Akademiyası 2000–2025-ci illərdə” mövzularında məruzə ediblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri