Abidələrin bəzilərinə tikinti materialı kimi yanaşılır Tarixçi alim
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin ötən plenar iclasında abidələrin ətrafında mühafizə zonalarının təşkil olunması təklif edilib.
Bəs məsələ ilə bağlı hansı addımlar atılmalıdır? Mühafizəni necə təmin etmək lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan tarixçi alim Elnur Hacıyev öncə qeyd etdi ki, tarixi abidələr bizim mədəni irsimizdir. Onun sözlərinə görə, irsin mühafizəsi mədəni irs resurslarının müəyyən edilməsi, qeydə alınması, təhlili və qorunmasını əhatə edir:
"Təəssüf doğuran hal budur ki, hələ də göz önündə olduğu halda inventarlaşdırılmamış çoxlu sayda abidələr var. İnventarlarlaşdırılmış abidələrin bəzilərinə isə mədəni irsimizin daşıyıcısı kimi deyil tikinti materialı kimi yanaşılır. Məsələn, Qubanın Qrız kəndində tarixi məscidin dirəkləri oturacaq kimi hansısa müəssisənin qarşısında qoyulur, yaxud futbol dirəyi kimi istifadə olunur. Səbəb isə maarifləndirmə işinin və abidənin qorunmasının düzgün təşkil edilməməsidir. Abidəni mühafizə etmək üçün ilk öncə onun hüquqi statusu müəyyənləşdirilməlidir. Hər bir abidənin ətrafındakı ərazinin sərhədləri qanunla müəyyən edilməli, həmin zonada hər hansı inşaat işləri, abidəyə material kimi yanaşılması qadağan olunmalıdır".
Alim hesab edir ki, insanları tarixi abidələr barədə maarifləndirmək və onları irsin qorunmasına cəlb etmək lazımdır:
"İnsanların bir çoxunun "tarixi abidə nə deməkdir və niyə qorunmalıdır?" barədə anlayışı belə yoxdur. Bu məqsədlə abidələr yerləşən yerlərdə ilk öncə yerli əhaliyə bu abidənin əhəmiyyəti və "onu niyə dağıtmaq olmaz və necə qorumaq olar?" izah edilməlidir. Abidələrin fiziki vəziyyəti davamlı olaraq yoxlanılmalı, təbii və ya insan amili ilə bağlı aşınmalar vaxtında aşkar edilməlidir. Abidənin tarixi orijinallığını pozmadan, peşəkar bərpaçılar tərəfindən onun ömrünü uzadacaq bərpaetmə işləri aparılmalıdır. Abidəyə yaxın ərazilərdə vibrasiya yaradan ağır texnikanın hərəkəti və ya rütubəti artıran süni suvarma sistemləri məhdudlaşdırılmalıdır".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 29 Dekabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















