Icma.az
close
up
RU
Tarixçi alim Bahar Muradovaya müraciət edib

Tarixçi alim Bahar Muradovaya müraciət edib

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixçi-alim, dosent Zaur Aliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovaya müraciət edib. 


“Sherg.az” xəbər verir ki, alim müraciətində Azərbaycanda ailə dəyərləri, ailə münasibətləri, övlad tərbiyəsinin məhvə doğru getməsindən  narahatlığını ifadə edib. 


Vəziyyətin yaxşılığa doğru getmədiyini vurğulayan dosent ailə dəyərlərimizin itməsinə görə, telekanalları ittiham edib:

 “Bilmirəm baxırsınız bizim telekanallara, amma dəhşətli hadisələr baş verir. Millətin bütün dəyərləri qalıb bir neçə aparıcı və onların efirlərə çıxardığı “ailələrin” ayaqları altında.

Telekanallardakı sosial proqramlarda ailə sirlərinin bu cürə açıq formada təqdim edilməsi  dəyərlərini uçruma aparır, cəmiyyətdəki aqressiyanı sürətləndirir. 

Ölkədə demorafik problem bir yana, ailələr sürətlə dağılır, nikahların sayı isə durmadan azalır. Səbəb nə sosial problemlər, nə işsizlik, nə də madiyyatdır. Səbəb: Telekanalarda baş verənlərin gənclərin psixikasına ciddi təsir etməsidir. Mən gənclərdən  belə verlişərdə baş verənləri görüb qorxu içərisində ailə qurmaq istəmədiklərini dəfələrlə eşitmişəm. Hər kəs elə bilir ki, ailələrdə xəyanətlər, dava-dalaş və sevgisizlik belə olur. 

Aparıcılar Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaş, Elgiz Əkbər və digərlərinin verlişlərində İslam və Aynur, Arzu və Aslan, Aslan və Aygün və digərlərin ailə problemlərini o səviyyədə əxlaqsız formada müzakirləri gedir. Hələ o yaşlı, Ceyran adlı qadın. Ömrümüzə oturub onun hərəkətləri, ailə münasibətlərində bir Ana yox Qaynana yox “əfi ilan” kimi çıxış etməsi. 

ANA obrazını belə gözdən, nüfuzdan salırlar efirlərdə. ANA deyiləndə Ceyran kimiləri yox Poladlar,  Allehverdilər, Əlyarlar, Natiqlər və yüzlərlə, minlərlə şəhid, qazi dünyaya gətirən, bizi dünyaya gətirən  ANAlarımız gözə gəlməlidir, bilinməlidir. 

Efirdə xəyanət söhbətləri kişilər tərəfindən elə edilir ki, elə bil bizim xalqda bu belə olub, bütün kişilər arvadlarını açıq müzakirəyə qoyub guya hər zaman. Axı bu belə deyil. Bizim ailə dəyərlərimiz belə olmayıb axı. 

Hələ aparıcıların şit, mənasız və mədəniyyətsiz sözləri, hərəkətləri, çıxışları. Efirlərdə baş verən mübahisələr, müzakirələr. Hələ cəmiyyətdə az çox hörməti olmuş insanların efirlərdə ekspert kimi çıxış etməsi lap biabırçılıqdır. 

Hara qədər gedəcək bu? 

Axı Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından formalaşmışdır və orda açıq yazılır “Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.”

Yoxsa çıxıb efirdə əxalqsızlıqda bir birlərini ittiham etmək hansı qanuna, məcəlləyə, sərəncama, mənəvi dəyərlərə sığışır . Bəs onların dünyaya gətirdikləri uşaqların taleyi necə olacaq? Onlar bu cəmiyyətdə belə valideyinlərə görə necə yaşacaqlar?”.


Z. Əliyevin sözlərinə görə, cəmiyyətə zərər verən belə sosial verilişlərdə sosial problemlər yox, ailə dəyərlərini məhv edən müzakirələr edilir: 

 ““Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi”

Bunlara görə yüzlərlə ailələr dağılır və gələcəkdə cinayətlərə yol açması bizləri qorxudur.  Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.  İnanın səbrimizi zorla sıxıb saxlayırıq. 

Bizim içimizdə olan qəzəbin partlayışından qoruyun bizi. Biz artıq dözülməz hisslər yaşayırıq. İnanın bunlar bizim ürək partlamısından ölməyimizə aparır. Sosial verlişərdir sosial problemləri müzakirə etsinlər. Şou verlişərdir, mahnıların oxusunlar, mədəniyyətdən danışsınılar, musiqini müzakirə etsinlər. Bunlar qalıb qıraqda ailə söhbətləri iyrənc formada müzakirə edilir. 

Biz bir qaydanı bilirik əsrlərdir: Ailə dəyərləri toxunulmazdır!!! 

Kömək edin biz yaşayaq, biz həyatda qalaq. Yoxsa ürək tutması, instult, intiharlar bizim xalqı siləcək tarixdən.  Xahiş edirəm Bahar xanım! Millətin məhv olmasının müvafiq qurum olaraq qarşısını alın!”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri