Icma.az
close
up
RU
Abituriyent olacaq şagirdlər yay tətilində də hazırlaşmalıdır? Ekspertdən TÖVSİYƏ

Abituriyent olacaq şagirdlər yay tətilində də hazırlaşmalıdır? Ekspertdən TÖVSİYƏ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yay tətili başlayır və bir çox şagird qarşıdakı ildə abituriyent olacaq. 

Bəs onlar bu yayı tamamilə istirahətə sərf etməlidir, yoxsa artıq indidən dərsə köklənməyə başlamalıdırlar? Hansı daha məqsədəuyğundur, zehni olaraq dincəlmək, yoxsa imtahan ilinə hazır şəkildə daxil olmaq?

Mövzu ilə Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, yay tətili dövrü həm zehni dincəlmək, həm də gələcək üçün strateji planlama baxımından mühüm mərhələdir.

"Xüsusilə qarşıdan gələn il abituriyent olacaq şagirdlər üçün bu dövr iki əsas ehtiyac arasında balansı tapmaq baxımından həlledici ola bilər.

İlk növbədə qeyd etmək lazımdır ki, bir çox şagird 9 və ya 10 ay boyunca davam edən dərs ilində həm emosional, həm də intellektual baxımdan ciddi şəkildə yorulur. Bu yorğunluğun bərpası üçün tətil dövrü vacibdir və bu dövrdə uşaqların fiziki, zehni və emosional rifahı ön planda tutulmalıdır. Lakin digər tərəfdən, imtahan ili adətən gərgin və sistemli bir hazırlıq prosesi tələb etdiyi üçün bu dövrə müəyyən mənada hazırlıqlı şəkildə daxil olmaq da vacibdir. Burada əsas məsələ yay aylarını tam istirahətə və ya tam hazırlığa deyil, düzgün planlaşdırılmış kombinə edilmiş bir dövrə çevirməkdir.

Müasir təhsil təcrübəsində bu yanaşma yalnız yerli kontekstdə deyil, beynəlxalq səviyyədə də qəbul olunur. Məsələn, OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) “Learning Loss and Recovery” adlı hesabatında qeyd edilir ki, uzunmüddətli fasilələrdən sonra dərsə sərt şəkildə başlamaq əvəzinə, “maraq əsaslı və psixoloji uyğunlaşdırılmış mərhələli keçid” strategiyaları daha effektiv nəticə verir. Eyni zamanda UNESCO-nun tövsiyələrinə əsasən, şagirdlərin yay dövründə tam şəkildə öyrənmədən uzaqlaşması gələcəkdə öyrənmə boşluqları yarada bilər və bu da sonrakı mərhələlərdə əlavə gərginlik doğura bilər. Buna görə də yay tətillərində həm sosial-emosional rahatlıq, həm də yüngül kognitiv fəaliyyətlər bir arada təşviq olunmalıdır".

Ekspert tövsiyə edir ki, iyun ayının ilk hissəsi əsasən istirahətə və şagirdin enerji toplamasına sərf edilsin.

"Lakin iyulun ortalarından etibarən şagird artıq öz bacarıq və maraqları çərçivəsində müəyyən istiqamətlər üzrə yüngül formada hazırlığa başlaya bilər. Bu hazırlıq ciddi dərs formasında yox, daha çox yönləndirici, motivasiyaedici və öyrənməni sevdirici formada təşkil olunmalıdır. Məsələn, maraqlı fənlər üzrə təkrar, zehni aktiv tutacaq tapşırıqlar və ya onlayn testlərlə məşğul olmaq, oxuma vərdişlərini inkişaf etdirmək, müəyyən sahələr üzrə video dərslərlə tanış olmaq həm öyrənməni təşviq edir, həm də şagirdi yormur.
Bundan başqa, peşə yönümünü dəstəkləyən fəaliyyətlər – maraq dairəsinə uyğun seminarlar, qısa kurslar, könüllü fəaliyyətlər – şagirdin həm potensialını kəşf etməsinə, həm də özünü daha dərindən tanımasına yardımçı olar. Çünki abituriyent yalnız imtahan nəticəsi ilə deyil, həm də düzgün istiqamət seçimi ilə uğura çata bilər.

Nəticə olaraq, abituriyent olacaq şagirdlər üçün yay tətillərinin tamamilə boş və ya tamamilə yüklü şəkildə keçirilməsi doğru yanaşma deyil. Əsas məqsəd bu dövrü bərpa və hazırlıq mərhələsi kimi balanslı şəkildə dəyərləndirməkdir. Bu zaman həm psixoloji yüklənmənin qarşısı alınar, həm də qarşıdan gələn imtahan ilinə hazırlıqlı və motivasiyalı başlanğıc edilə bilər. Ailələrə və müəllimlərə də burada mühüm rol düşür – uşaqları sərt rejimə salmadan, lakin məsuliyyət hissini də unutdurmadan dəstəkləmək bu prosesin uğurla keçməsinə xidmət edəcək",- deyə Əmrah Həsənli vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see234

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see224

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see165

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see156

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see150

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see147

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see143

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri