Icma.az
close
up
RU
Şagirdlər zəifdir, yoxsa imtahanlar çətindir? Ekspertdən AÇIQLAMA

Şagirdlər zəifdir, yoxsa imtahanlar çətindir? Ekspertdən AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir çox hallarda buraxılış imtahanında yüksək bal toplayan abituriyentlərin blok imtahanında 100 balı keçmədiyi müşahidə olunur.

Buna əsas səbəb nədir? 

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı Redaktor.az-a açıqlaması zamanı bildirdi ki, buraxılış imtahanları ilə blok imtahanlarını bir-birinə qarışdırmamalıdır:

"Buraxılış imtahanları məzunların yekun attestasiyasıdır. Amma blok imtahanları qəbul imtahanlarıdır. Blok imtahanları dediyimiz qəbul imtahanlarının sualları nisbətən daha çətin, geniş düşündürücü ola bilər. Çünki bu, müsabiqədir. Buraxılış imtahanı isə attestasiya, yəni qiymətləndirmədir. Burada qeyri-adi hal yoxdur".

Təhsil eksperti vurğuladı ki, buraxılış imtahanları Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarına uyğun olaraq Azərbaycan dili, xarici dil və riyaziyyatdan keçirilir:

"Məzunların ümumi orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilməsidir. Amma blok imtahanları ayrı-ayrı qruplar və ixtisaslardır. Normal haldır ki, buraxılış imtahanı ilə qəbul imtahanının suallarının səviyyəsində fərq olsun. Blok imtahanları daha çətin ola bilər. Təbii ki, məzunlar buraxılış imtahanlarında yüksək nəticə əldə edib, qəbulda nisbətən aşağı nəticə əldə edə bilərlər. Bu, normaldır. Sadəcə imtahanların mahiyyətini bilsək, görərik ki, qeyri-adi hal yoxdur. Şagirdlərin zəif olması və ya imtahanların çətin olmasından söhbət gedə bilməz".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see336

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see248

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see229

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see225

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see210

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see209

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see208

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see205

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see194

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see177

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see176

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see175

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see173

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see171

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see170

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see170

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see169

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see167

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see162

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri