Icma.az
close
up
RU
Abituriyentlər üçün qeydiyyat başladı KONKRET

Abituriyentlər üçün qeydiyyat başladı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Üçüncü ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanıb.

Bu barədə KONKRET.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ümumi balı azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə azı 100 olan abituriyentlər iyulun 24-dən 27-dək (saat 23:59-dək) DİM-in internet səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyaya aid olan və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur. Həmin bölmənin 4-cü bəndində göstərilən kateqoriyaya aid olan abituriyentlərin isə hamısı qabiliyyət imtahanında dövlət hesabına iştirak edəcək.

Digər abituriyentlər qeydiyyat üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesaba əlavə etməlidirlər. Qabiliyyət imtahanında iştirakçılar təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirəcəklər.

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı avqustun 4-də kompüter vasitəsilə keçiriləcək. Bu ildən etibarən inşalar elektron formada yazılacaq. Yeniliyin abituriyentlərə fikirlərini daha oxunaqlı və səliqəli şəkildə təqdim etmək, mətni zərurət yarandıqda rahat redaktə etmək və ayrılan vaxtdan daha səmərəli istifadə etmək imkanı yaradacağı qeyd olunur.

Qeyd olunub ki, bu dəyişiklik qiymətləndirmə prosesinin daha effektiv təşkilinə, əl yazısının oxunması ilə bağlı çətinliklərin aradan qaldırılmasına və qiymətləndiricilərin diqqətini işin məzmununa yönəltməsinə şərait yaradacaq.

Həmçinin imtahanın müddəti 30 dəqiqə artırılıb və yazı işinin yerinə yetirilməsi üçün abituriyentlərə 3 saat vaxt veriləcək.

Qabiliyyət imtahanı mərhələsini uğurla başa vuran abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə biləcəklər.

Abituriyentlərə təqdim olunacaq inşa mövzuları və esse yazısına dair tələblərlə DİM-in rəsmi internet səhifəsində Azərbaycan və rus dillərində tanış olmaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 İyul 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri