Abituriyentlər üçün sınaq imtahanları pulsuz olacaq? KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Abituriyentlər üçün sınaq imtahanlarının ödənişsiz keçirilməsi məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur. Maraqlıdır, bu təşəbbüs real ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, sınaq imtahanlarının əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirildiyini nəzərə almaq lazımdır. Onun sözlərinə görə, DİM publik hüquqi şəxs kimi fəaliyyət göstərir və bu qurumun imtahanların təşkili zamanı əməkdaşların əməkhaqqı, ofis xərcləri və digər cari məsrəfləri mövcuddur:
“Bütün bu xərclər nəzərə alındıqda sınaq imtahanlarının tam ödənişsiz keçirilməsi real görünmür. DİM-in keçirdiyi imtahanlar həm maliyyə, həm də təşkilati baxımdan müəyyən vəsait tələb edir”.
Ekspert qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul üzrə keçirilən blok imtahanlarında da iki cəhd mövcuddur:
“Birinci cəhd DİM tərəfindən pulsuz keçirilir, ikinci cəhd isə ödənişlidir. Cəmiyyətdə belə iddialar da səslənir ki, birinci mərhələdə suallar daha çətin, ikinci mərhələdə isə nisbətən sadə olur. Məqsəd isə abituriyentlərin ikinci imtahana maraq göstərməsi və ödəniş etməsidir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 03 Fevral 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















