Icma.az
close
up
RU
Abituriyentlərə VACİB XƏBƏR: Bu ixtisas və qruplarda keçid balları yüksələcək KONKRET

Abituriyentlərə VACİB XƏBƏR: Bu ixtisas və qruplarda keçid balları yüksələcək KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“2025-ci ildə ali təhsil müəssisələrinə qəbul prosesində keçid ballarının necə dəyişəcəyi bir sıra vacib amillərin təhlilini tələb edir. Bu amillər arasında abituriyentlərin sayı, plan yerlərindəki artım, ixtisas qrupları üzrə bölgü, imtahan nəticələrinin səviyyəsi, yeni ixtisasların əlavə olunması və müsabiqə şərtlərindəki dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Bu faktorlar bir-biri ilə qarşılıqlı şəkildə əlaqəlidir və ümumi mənzərə göstərir ki, bəzi sahələr üzrə keçid ballarında artım qaçılmaz olacaq”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

“İlk növbədə qeyd olunmalıdır ki, 2025-ci ildə sənəd verən abituriyentlərin sayı artıb. Xüsusilə, II və III ixtisas qruplarında bu artım daha qabarıq şəkildə müşahidə edilir. 2024-cü ildə təxminən 90 min nəfər imtahan verdiyi halda, onların 60 minə yaxını müsabiqəyə buraxılıb. Bu il isə buraxılış imtahanında 150 balı keçənlərin sayı 10 min nəfər artaraq 70 minə yaxınlaşıb. Bu isə blok imtahanlarında iştirak edəcək abituriyentlərin sayında da artım olacağını göstərir və nəticədə rəqabət səviyyəsi yüksəlir.

Plan yerlərinin sayı 2024-cü ildə 58 min idisə, 2025-ci ildə bu rəqəmin təxminən 65 minə çatacağı gözlənilir. Bu artım əsasən I və IV ixtisas qruplarında, xüsusilə kənd təsərrüfatı, texnologiya və mühəndislik sahələrində baş verib. II və III qruplarda isə abituriyentlərin sayı artsa da, plan yerlərinin ya sabit qalması, ya da cüzi artması həmin sahələrdə keçid ballarının yüksəlməsinə səbəb olacaq. Bundan əlavə, hüquq, maliyyə, psixologiya, biznesin idarə olunması, ibtidai sinif müəllimliyi və beynəlxalq münasibətlər kimi populyar ixtisaslara marağın artması rəqabəti daha da gücləndirir”.

Ekspert qeyd edir ki, müsabiqə şərtlərində edilən dəyişikliklər də keçid ballarına birbaşa təsir edir. Məsələn, V ixtisas qrupunda bəzi idman yönümlü ixtisaslarda minimal keçid balı 10–20 bal artırılıb. Əgər bu cür dəyişikliklər digər sahələrə də tətbiq olunarsa, xüsusən müəllimlik ixtisaslarında sertifikasiya tələbləri sərtləşərsə, bu, həmin ixtisaslar üzrə keçid ballarının yüksəlməsinə səbəb olacaq.

“Bu il süni intellekt mühəndisliyi, kibertəhlükəsizlik və proqram təminatı üzrə analitik ixtisaslar kimi yeni sahələrə qəbul elan edilib. Bu ixtisaslar yüksək bal toplayan abituriyentlər üçün cəlbedici olduğundan burada da keçid ballarının artacağı gözlənilir.

Eyni zamanda, yüksək nəticə göstərən abituriyentlərin sayında da artım müşahidə olunub. Məsələn, buraxılış imtahanında 250 və daha artıq bal toplayanların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Əgər tendensiya blok imtahanında da davam etsə, bu abituriyentlərin hüquq, beynəlxalq münasibətlər, tibb, dövlət idarəçiliyi, iqtisadiyyat və proqramlaşdırma kimi populyar sahələrdə cəmləşməsinə və keçid ballarının daha da yüksəlməsinə gətirib çıxaracaq”.

K.Əsədovun sözlərinə görə, yuxarıda sadalanan bütün amillər göstərir ki, 2025-ci ildə ali məktəblərə qəbul zamanı keçid ballarında ümumi deyil, seçilmiş ixtisas və qruplar üzrə hiss edilən artım baş verəcək.

“ Xüsusilə II və III ixtisas qruplarında, eləcə də V qrupun bəzi sahələrində keçid ballarının nəzərəçarpacaq dərəcədə yüksəlməsi ehtimal olunur. Digər tərəfdən, I və IV qruplarda plan yerlərinin artması bu artımı müəyyən qədər balanslaşdıra bilər.

Keçid balı sadəcə bir rəqəm deyil, həm də strateji planlamanın göstəricisidir. Təhsil Nazirliyi bu rəqəmləri müəyyən edərkən həm əmək bazarının tələblərini, həm də sosial sifarişi nəzərə almalıdır.

Buna görə də abituriyentlər yalnız topladıqları ümumi bala deyil, həmçinin seçdikləri ixtisasın əvvəlki illərdəki keçid balına, müsabiqə dinamikasına və ictimai tələbatına əsaslanaraq düzgün seçim etməlidirlər”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 May 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri