Icma.az
close
up
RU
Abituriyentləri uçuruma aparan valideyn TƏZYİQİ

Abituriyentləri uçuruma aparan valideyn TƏZYİQİ

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Təəssüflər olsun ki, hər il universitetə qəbul imtahanlarında az bal toplayan bəzi abituriyentlər intihar edirlər. Əksər hallarda bunun səbəbi valideynlərin böyük təzyiqi olur”.

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, bu problemin kökü abituriyentlər hazırlıqlara başladığı dövrə qədər gedib çıxır:

“Çünki valideynlərin çoxu öz istəklərini həyata keçirmək üçün övladlarının potensiallarına uyğun olmayan qruplara hazırlaşdırırlar. Təəssüflər olsun ki, bu bir həqiqətdir. Burada valideynlərin günahı çoxdur. 

Uşaqlar istəmədikləri, maraqlanmadıqları və güclərinin çatmadığı sahələrə imtahanda 2-3 il əvvəl cəlb olunurlar. Üstəlik, valideynlərin təzyiqi nəticəsində kifayət qədər yüklənirlər”.

Onun sözlərinə görə, sanki valideynlər arasında kimin övladının daha yüksək bal toplayacağı ilə bağlı yarış gedir:

“Valideynlər bir-birləri ilə təmasda olduğu zaman qürur hissi keçirmək istəyirlər. Onlar uşaqlarının yüksək bal toplamasından danışılmasını sevirlər.

Lakin əfsuslar olsun ki, bir çox valideyn övladının psixoloji sağlamlığını düşünmür. Həmçinin, uşaqlarının yükləndiyini də fikirləşmirlər. Buna görə də davamlı şəkildə uşaqlara dərs oxudulur. 

Əslində, dərs oxuyan uşaq hava almalıdır. Ən azından həftənin bir günü beyninin yükləmələrdən təmizləmək üçün ümumiyyətlə dərs oxumamalıdır. Həmin gün beyini hansısa xobbi ilə məşğul edə bilər. Ancaq valideynlər uşaqlarının bütün zamanlarını sadəcə dərsə sərf etmələrini istəyirlər”.

Psixoloq qeyd edib ki, bəzən bütün il boyu yaxşı oxuyan uşaq imtahanda bal toplaya bilmir:

“Çünki onun beynində “tormuzlanma” baş verir və həddindən artıq yüklənmə nəticəsində bildiklərini belə yaza bilmir.Səhər olacaq imtahana görə axşamdan uşaqlarını dərs oxumağa məcbur edən valideynlər var. Hərçənd ki, uşaqların sağlamlığını düşünmək lazımdır. 

İmtahan və universitet hər şey demək deyil. Buna görə də övladlarınızı tələsdirməyin. Nəzərə almaq lazımdır ki, uşaqlar imtahan ərəfəsində çox əziyyət çəkirlər. Ümumiyyətlə, mütləq universitetə qəbul olmaq və diplom almaq kimi kodlamalar uşaqların həyatına psixoloji olaraq təhkükələr yaradır”.

İlhamə Mustafayeva diqqətə çatdırıb ki, qəbul imtahanından az bal toplayan abituriyentlərin intiharı düşünməsi qəbuledilməzdir:

“Düzdür, universitetə qəbul olmayan abituryentlərin beyinləri qapanır və heç nə görmürlər. Həmin anlarda onlara çox sual vermək əvəzinə, dəstək olmaq lazımdır. Elə uşaqlar var ki, bu həyəcanı həddindən artıq dərəcədə keçirirlər. Ehtiyac olarsa, onu psixoloqa yönləndirmək də yaxşı olardı. Ümumiyyətlə, imtahanı keçə bilməmək həyatın sonu deyil. Bütün həyatın ona bağlı olmadğını bilmək lazımdır.

Bəlkə qarşısınıza daha gözəl yollar çıxacaq. Unutmayın ki, həyat hər zaman sürprizlərlə doludur. Yeni açılan gün yeni şanslar gətirir. Ona görə də ümidsizliyə qapılmayın. Hər şeydə bir xeyir var. Bir qapı bağlanırsa, mütləq digəri açılacaq. Hər şey gözəl olacaq”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Abituryent imtahan tələbə təhsil dərs psixoloq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri