Icma.az
close
up
RU
Ali məktəblərdən pul alıb, abituriyentləri yönəldirlər?..

Ali məktəblərdən pul alıb, abituriyentləri yönəldirlər?..

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mütəxəssislərlə bağlı qəribə iddialar yayılıb. Abituriyentlərin sözlərinə görə, yüksək bal yığmalarına və dövlət sifarişli yerlərə qəbul olma şanslarına baxmayaraq, özəl və ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olurlar. Bəziləri bunu kodlaşdırma aparan mütəxəssislərin savadsızlığı adlandırsa da, bəzliləri qəsd hesab edir. Məqsəd isə özəl universitetlərə pul qarşılığında tələbə “göndərməkdir”.

Məsələ ilə bağlı Axar.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, əgər bu tip ixtisas seçimləri tələbə və ya abituriyentlərin xəbəri olmadan edilibsə, deməli, burada böyük xəta var.

“İxtsas seçimi edilərkən valideyn, tələbə və mütəxəssis arasında mütləq dialoq olmalıdır. Tələbə və ya abituriyentlər razılıq verdikdən sonra həmin ixtisas kodu yazılmalıdır. Əgər mütəxəssis xəbər etmədən ixtisas seçimi edibsə, valideyn də haqlı olaraq tələbini irəli sürə bilər.

Bəzi özəl universitetərlə ekspertlərin sövdələşməsinə gəlincə, buna inanmıram. Əgər ixtisas seçimində iştirak edən şəxsin balı dövlət sifarişli ixtisasa çatırsa, həmin şəxsi özəl və ödənişli ixtisasa yazmaq haqsızlıqdır. Bu hal ixtisas seçimində iştirak edən şəxsin haqlarına və hüquqlarına təcavüz kimi qiymətləndirilməlidir.

Bəzi özəl universitetlərimiz var ki, prestijlidir və onları ilk sıralarda yazmağı tövsiyə etmək olar. Ancaq magistratura pilləsi üzrə balı 70-dən yuxarı olan tələbənin ixtisas seçimində ilk üç kodlaşmaya özəl universiteti yazmaq doğru və ekspertə yaraşan hərəkət deyil”.

Ekspert ixtisas seçimində iştirak edən abituriyentlərə məsləhət verib:

“İxtisas seçimini araşdırmadan ekspertlərə həvalə etməsinlər. Çünki reklamı güclü olan ekspertlərə müraciət edən şəxslərin sayı çox olur və həmin şəxslərə də öncədən hazırlanmış vərəqlərdə ixtisaslar təklif edib, heç kimin fikrini almadan onu da seçməyə sövq edirlər. Ekspert illik haqqı, universitetin tələbənin şəraiti ilə uyğunluğunu araşdırmadan səthi yanaşaraq ixtisas seçimi edirsə, bu, onun peşəkarlığından xəbər vermir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 İyul 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri