Icma.az
close
up
RU
Abituriyentlərin DİQQƏTİNƏ: Keçid balları ARTACAQ?

Abituriyentlərin DİQQƏTİNƏ: Keçid balları ARTACAQ?

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəbul imtahanları ilə bağlı hər il dəyişikliklər və keçid ballarındakı artım-azalma məsələləri abituriyentləri və valideynləri düşündürən əsas mövzulardandır. Bəs bu il qəbul imtahanlarında dəyişiklik gözlənilir? Keçid balları artacaq?

“Yeni Sabah” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətinin katibi Xanlar Xanlarzadə Ajans.az-a açıqlama verib. 

Xanlar Xanlarzadə bildirib ki,  qəbul imtahanlarında və qaydalarda ciddi dəyişiklik olduqda adətən 2 il öncədən abituriyentlərə və ictimaiyyətə məlumat təqdim olunur. Bu il hər hansı dəyişiklik nəzərdə tutulmur. Dövlət İmtahan Mərkəzi tədris ilinin əvvəlində imtahan proqramını da dim.gov.az saytında yerləşdirib. Həmçinin “Abituriyent” jurnallarının müvafiq saylarında qaydalar, proqram və imtahanın modeli dərc olunub. 

İştirakçılar artıq bilirlər ki, hansı növ tapşırıqlardan istifadə olunur. Ən əsası bütün tapşırıqlar proqrama və dərsliyə tam uyğundur. Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. 

O deyib ki, imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. İmtahanın asan və ya çətin olması da nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər.

Keçid ballarının formalaşmasına isə bir neçə amil təsir göstərir. Abituriyentlərin sayı, plan yerləri və abituriyentlərin imtahan nəticələri hər hansı bir ixtisas üzrə keçid balını formalaşdırır. İndiki mərhələdə nəsə demək tezdir. Qəbul imtahanları qabaqdadır. Ancaq DİM ixtisas seçimindən öncə – avqust ayında lazımi statistik məlumatları ictimaiyyətə təqdim edəcək və o zaman əvvəlcədən hər hansı proqnoz vermək mümkün olacaq. 

“Həm plan yerləri bilinəcək, həm də abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması təqdim olunacaq. Proqnoz vermək bütün bunlar bəlli olandan sonra mümkün olacaq.”-deyə, mətbuat katibi qeyd edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Aprel 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri