Icma.az
close
up
RU
Abituriyentlərin nəzərinə: Bu ixtisaslar üzrə keçid balı artacaq

Abituriyentlərin nəzərinə: Bu ixtisaslar üzrə keçid balı artacaq

Icma.az bildirir, Axar.az portalına istinadən.

Qarşıdan qəbul imtahanları gəlir. Abituriyentlər və valideynlər həyəcanla bu imtahanları gözləyirlər. Statistikaya görə, son illər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur. Belə ki, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb.

Bəs, görəsən, builki qəbul imtahanları necə olacaq? Hansısa yeniliklər gözlənilirmi? Qəbul planında artım və ya azalma olacaqmı? Keçid balları ilə bağlı proqnozlar nədən ibarətdir?

İmtahanlar tədricən mürəkkəbləşir

Axar.az Kaspi.az-a istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov hesab edir ki, son illərdə qəbul imtahanlarının tədricən mürəkkəbləşdiyi müşahidə olunur. Onun sözlərinə görə, qəbul imtahanlarında təfəkkürə və tətbiqi biliklərə əsaslanan sualların artması ehtimalı yüksəkdir: “Xüsusilə məntiqi təfəkkürü yoxlayan suallara daha çox yer ayrılması mümkündür. 2023-cü və 2024-cü illərdə keçirilmiş imtahanların sual modelləri göstərir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məqsədi tək bilikləri yoxlamaq deyil, həm də onları tətbiq etməyi tələb edən situativ sualları artırmaqdır. Bu tendensiya builki imtahanlarda da davam edə bilər. Qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün əsas tövsiyə məntiqi və analitik təfəkkürə əsaslanan suallara üstünlük vermək, müxtəlif tipli testləri işləməklə imtahan formatına uyğunlaşmaq və vaxtı effektiv idarə etməkdir. Xüsusilə riyaziyyat və məntiq əsaslı tapşırıqlarda sürətli və dəqiq cavab vermək qabiliyyətinin inkişaf etdirilməsi vacibdir”.

İmtahanların formatında köklü dəyişikliklər olmayacaq

Ekspert vurğulayır ki, qəbul imtahanlarının formatında köklü dəyişikliklərin olması gözlənilmir: “DİM imtahanların strukturunu ani və kəskin dəyişikliklərlə yox, tədricən transformasiya etməklə yeniləyir. Lakin bəzi fənlər üzrə açıq sualların və situasiya əsaslı tapşırıqların artması mümkündür. Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərində yazılı cavab tələb edən sualların nisbətinin artması ehtimalı var”.

Qəbul planında artım və ya azalma məsələsinə gəlincə, mütəxəssis bunun bir neçə amildən asılı olduğunu bildirir: “2024-cü ildə tələbə qəbulu planında bəzi universitetlər üzrə kiçik dəyişikliklər olsa da, ümumi qəbul planında ciddi azalma müşahidə olunmadı. 2025-ci ildə universitetlərdə yerlərin sayının necə tənzimlənəcəyi iqtisadi və sosial amillərdən asılıdır. Xüsusilə texniki və tətbiqi ixtisaslara marağın artması fonunda həmin ixtisas qruplarında qəbul yerlərinin artırılması mümkündür. Digər tərəfdən, bəzi ixtisaslar üzrə tələbatın az olması səbəbindən qəbul yerlərinin azaldılması da ehtimal edilə bilər”.

Keçid ballarında ciddi dəyişiklik

Ekspert onu da qeyd edir ki, əgər qəbul planı genişlənərsə və plan yerlərinin sayı artarsa, keçid balları müəyyən qədər aşağı düşə bilər: “Əksinə, əgər plan yerləri azaldılarsa və ya abituriyentlərin nəticələri əvvəlki illərlə müqayisədə yüksələrsə, keçid ballarının artmasını müşahidə edəcəyik”.

K.Əsədovun sözlərinə görə, son illər bəzi ixtisaslar üzrə keçid ballarında ciddi dəyişikliklər baş verib: “Xüsusilə tibb, informasiya texnologiyaları və mühəndislik ixtisasları üzrə keçid ballarının artması tendensiyası müşahidə edilir. Bunun səbəbi həmin sahələrə tələbatın artması və yüksək bal toplayan abituriyentlərin bu ixtisaslara yönəlməsidir. Əksinə, bəzi humanitar ixtisaslarda keçid balları aşağı düşüb, çünki həmin sahələrə maraq əvvəlki illərə nisbətən azalıb”.

Rəqabət daha yüksək olacaq

Təhsil eksperti Elçin Əfəndi isə bildirir ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında rəqabət daha yüksək olacaq: “Abituriyentlərin statistikasına baxsaq görərik ki, ötən illərlə müqayisədə müraciət sayında ciddi artım var. Yəqin ki, bu say 100 min nəfərə qədər artacaq. Bu da o deməkdir ki, plan yerləri uğrunda rəqabət çox olacaq”. Ekspertin fikrincə, indiki imtahan modeli 2019-cu ildən bəri tətbiq edildiyi üçün hər il abituriyentlər daha hazırlıqlı olurlar: “Abituriyentlər artıq imtahan suallarına, mövzularına, model testlərə uyğunlaşıblar. Buna görə də ildən-ilə yüksək nəticələr görmək mümkündür. Sualların asanlığı, çətinliyi abituriyentlərin nə qədər hazır olmasından asılıdır”.

Plan yerlərinin sayı artacaq

Ekspert vurğulayır ki, abituriyentlərin nəticələri uğurlu olarsa, bu, prestijli ixtisaslarda keçid ballarına təsir edəcək: “Amma dövlətin sosial-iqtisadi proqramında 2026-2027-ci ilə qədər qəbul planının təxminən 85 minə qədər çatdırılması planlaşdırılıb. Bu, həm magistr, həm də bakalavrları əhatə edir. Düşünürük ki, bu il həm bakalavr, həm magistratura pilləsinə təxminən 75-80 minə yaxın qəbul aparılacaq. Belə olan halda plan yerinin artması ümumi mübarizə aparan abituriyentlərin hər birinin demək olar ki, qəbul olunması anlamını verir”.

E.Əfədinin sözlərinə görə, bu il birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri, o cümlədən neft-qaz mühəndisliyi, kimya mühəndisliyi ixtisaslarında rəqabət yüksək olacaq. İkinci ixtisas qrupunda maliyyə, biznesin idarə edilməsi, o cümlədən menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika ixtisaslarına tələbat daha böyük olacaq. Üçüncü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, o cümlədən, pedaqoji ixtisaslara qəbul gərgin mübarizədə keçəcək. Dördüncü ixtisas qrupunda isə tibb və stomatologiya, biotexnologiya, psixologiya ixtisasları rəqabətli olacaq.

E.Əfəndi sözügedən ixtisaslar üzrə keçid ballarının artacağını proqnozlaşdırır: “Bu ixtisaslarda rəqabət ildən-ilə artır. Ona görə də keçid ballarının enməsini deyil, artmasını gözləyirik. Əgər bu il nəticələr yaxşı olarsa, minimum 3-5 bal, maksimum 15-20 bala qədər artım gözlənilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Mart 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see141

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see125

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see119

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see115

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see114

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see114

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

22 Aprel 2025 18:09see113

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see112

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see111

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see109

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see109

Naxçıvanda istedadlı şagirdlərlə görüş

23 Aprel 2025 01:49see109

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri