Icma.az
close
up
RU
Abituriyentlərin NƏZƏRİNƏ! Bu ixtisaslarda keçid balı arta bilər

Abituriyentlərin NƏZƏRİNƏ! Bu ixtisaslarda keçid balı arta bilər

Icma.az bildirir, Bizim media portalına istinadən.

Elm və Təhsil Naziri Emin Əmrullayev noyabrın 13-də parlament iclası zamanı bildirib ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetdə qəbul sayının gələcək illərdə azaldılması nəzərdə tutulur.
Nazirin bu açıqlaması isə keçid balları məsələsini gündəmə gətirib. Belə ki, qəbul sayının azalması yerlər uğrunda rəqabəti gücləndirə bilər. Nəticədə, keçid balının artması ehtimalı böyükdür. 
Bəs həqiqətən də keçid ballarında artım gözləniləndir? 
Bizim.Media mövzuyla bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib. Ekspert bildirib ki, plan yerlərinin azalması ixtisasların azalmasıdır. 
“Hər hansı universitetdə plan yerinin azaldılması təkcə həmin universitet, Elm və Təhsil Nazirliyi ilə əlaqəli məsələ deyil. İlk olaraq, əmək bazarıyla əlaqəli tədqiqatlar aparılır. Sözügedən universitetlərdə müəyyən ixtisaslarda perspektiv ölçüldükdən sonra azalma, artma olur. 
Plan yerinin azalması ixtisasların azalması deməkdir. Biz müəyyənləşdirməliyik ki, BDU-da , AZTU və ADNSU-da hansı ixtisaslarda plan yerləri azalacaq. Hətta elə ixtisaslar ola bilər ki, qəbul ümumiyyətlə olmasın”. 
Elmin Nuri qeyd edib ki, plan yerləri az olarsa, həmin ixtisasın keçid balı arta bilər. 
“Ancaq elə bir ixtisasda plan yeri azala bilər ki, ora onsuz abituriyentin marağı az olur.  Ancaq tam əksi də ola bilər. Nümunə olaraq, BDU-nun Tarix fakültəsinin plan yeri azalsa da, abituriyentlərin marağı azalmayacaq. Belə olduqda təbii ki, keçid balları artacaq. Ancaq yenə də hansı ixtisaslarda plan yerlərinin azalacağını bilmirik. Düşünürəm ki, İT tipli ixtisaslarda plan yeri azalmaz, çünki gələcək üçün əhəmiyyətlidir”-deyə ekspert əlavə edib. 
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri