Icma.az
close
up
RU
Abituriyentlərin nəzərinə: sizi qarşıda gərgin mübarizə gözləyir

Abituriyentlərin nəzərinə: sizi qarşıda gərgin mübarizə gözləyir

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart və 15 martda keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Belə ki, 9 mart tarixində keçirilmiş imtahanlarda 3 nəfər, 15 mart tarixində keçirilmiş imtahanlarda isə 9 nəfər maksimum nəticə əldə edib. Bu kontekstdə əsas diqqət bu nəticələrin əvvəlki illərlə müqayisədə necə fərqləndiyini və ümumi mənzərənin abituriyentlər arasında rəqabətə hansı formada təsir edəcəyinə yönəlir.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki,  9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarında 11 nəfərin maksimal nəticə göstərməsi bəzi çevrələrdə aşağı göstərici kimi qiymətləndirilsə də, bu yanaşma düzgün deyil. Onun sözlərinə görə, qəbul prosesində əsas amil ümumi nəticələr və iştirakçıların göstəriciləridir:

“Bu il 200 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı kifayət qədər çoxdur. Bu isə ixtisas qruplarında rəqabətli və gərgin mübarizə olacağını deməyə əsas verir. Hazırda konkret ixtisas qrupları üzrə proqnoz vermək tezdir. Qarşıda blok imtahanları var və məhz həmin mərhələ həlledici rol oynayacaq”.

Ekspert xatırladıb ki, mayın 24-də II və III ixtisas qrupları, iyunun 7-də isə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək:

“Həmin nəticələrdən sonra ilkin fikir formalaşdırmaq və daha dəqiq proqnoz vermək mümkün olacaq. Ümumilikdə ərizə qəbuluna baxdıqda isə müşahidə etmək mümkündür ki, yenə də ixtisas qrupları üzrə müraciət sayı plan yerlərini üstələyir və bu artım davam edir. Bu da abituriyentlər arasında rəqabətin daha da kəskinləşəcəyini göstərir”.

Təhsil eksperti Ramin Nurəliyev isə buraxılış imtahanlarının çətinlik səviyyəsinin artmasına diqqət çəkib:

"Rəsmi açıqlamalarda bu məqam təkzib olunsa da, real nəticələr fərqli mənzərə ortaya qoyur. Maksimal bal toplayanların sayı ötən il 45 nəfər olduğu halda, bu il 11 nəfərdir. Bu fərq sualların daha çətin olduğunu göstərir. Buraxılış imtahanlarının çətin olması isə arzuolunan hal deyil, çünki burada yalnız ali məktəbə hazırlaşanlar deyil, attestat almaq və ya kolleclərə qəbul olmaq istəyənlər də iştirak edir”.

R.Nurəliyev əlavə edib ki, blok imtahanlarında müəyyən çətinlik səviyyəsinin olması qəbul ediləndir:

“Əgər blok imtahanlarının çətinlik səviyyəsi ötən il ilə eyni olarsa, bu zaman keçid ballarında enməsi gözlənilir. Müxtəlif ixtisas qruplarında təxminən 20-50 bal intervalında enmə ehtimalı var. Xüsusilə V ixtisas qrupunda buraxılış imtahanlarının rolu böyük olduğundan burada da balların düşəcəyi istisna edilmir. Ümumilikdə, blok imtahanlarının səviyyəsi isə yekun nəticələrə birbaşa təsir göstərəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Aprel 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri