Icma.az
close
up
RU
İmtahandan kəsilən abituriyentlərin nəzərinə

İmtahandan kəsilən abituriyentlərin nəzərinə

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il minlərlə abituriyent universitetlərə qəbul olmaq üçün imtahan verir. Onların bir qismi istədikləri nəticəni əldə edərək tələbə adını qazanır, digərləri isə müxtəlif səbəblərdən imtahandan kəsilir. Əsas məsələ bu vəziyyətə necə yanaşmaq və sonrakı addımları düzgün müəyyən etməkdir.

Psixoloq Fərqanə Mehmanqızı Metbuat.az-a açıqlamasında imtahandan kəsilən abituriyentlərə və onların ailələrinə məsləhətlər verib. O bildirib ki, hər bir valideyn öz övladını tanımalıdır, hansı uşaq nə qədər yük götürə, məsuliyyət daşıya bilər, hansı peşəni, hansı fənni sevir və qavrama qabiliyyəti nə qədərdir, bütün bunları nəzərə alaraq uşaqdan gözləntisi olmalıdır:

“Bu gözləntilər normal və doğru şəkildə özünü doğrultduğu zaman heç bir problem yaranmır. Bu halda, istər uşaqda, istər valideyndə bir birlik, psixoloji alyans yaranır. Zatən bu birlik olduqda, xüsusilə də həssas uşaqlarla xüsusi rəftar etmək lazımdır. Lazım olsa, psixoloq yanına, mütəxəssis yanına aparmaq lazımdır. Əgər ehtiyac yoxdursa, valideyn özü uşağın yanında olmalı və onu müxtəlif istiqamətlərdə istiqamətləndirməlidir. Məsələn, əgər uşaq universitetə daxil olmayıbsa, qışqırıb-bağırmağın mənası yoxdur. Onun yerinə övladının yanında olub, ona dəstək olmaq lazımdır”.

F.Mehmanqızı qeyd edib ki, imtahandan kəsilmək nə sondur, nə də böyük bir uğursuzluqdur:

“Əgər bir insan universitetdə oxumaq istəyirsə, gələn il də hazırlaşıb daxil ola bilər. Başqaları da bunu ediblər və edəcəklər. Əgər uşaq qərar verirsə ki, artıq universitetdə oxumayacaq, deməli, bu istəyi içdən olmayıb. Çünki bir məqsədi, bir arzunu içdən istədiyimiz zaman biz ona doğru irəliləməyə daim hazır oluruq. Nəticə olaraq, ehtiyac olduğu zaman istər uşaq, istər ailə olaraq mütəxəssisə müraciət etmək məsləhətdir ki, bu mərhələni, bu çətinliyi birlikdə aşmaq mümkün olsun”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Sentyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri