Abortların sayı niyə artır? Ər deyir ki, dostlarımın oğlu var, qız istəmirəm
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ölkəmizdə selektiv abortların sayı artmaqda davam edir.
Bu hal, əsasən, valideynlərin övlad seçimində cinsiyyət amilinə üstünlük verməsi ilə bağlıdır. Xüsusilə oğlan uşaqlarına üstünlük verilməsi, qız övladına isə ikinci dərəcəli münasibət cəmiyyətdə hələ də qalmaqdadır.
Baku TV paytaxt sakinlərinə "Azərbaycanda abortların sayı niyə artır?" sualını ünvanlayıb.
Sorğuda iştirak edən sakinlərin bəziləri bunu sosial təzyiqlərlə, digərləri isə maddi çətinliklərlə əlaqələndiriblər.
"Daha çox qayınata, qayınana gəlinə basqı edir ki, nəslimizin davamı üçün oğlan dünyaya gətirməlisən. Bəlkə də, qadının özünə qalsa, abort etməz, amma kənar təzyiqlər buna məcbur edir", - deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə qeyd edib: "İndi yaşamaq çətinləşib. Çox ailə uşaq sayına görə abort etdirir. Adicə doğuşa qədər tələb olunan həkim müayinələri, analizlər və digər xərclər ailələri maliyyə çətinliyinə salır".
Daha ətraflı Baku TV-nin süjetində:
Abortların sayı niyə artır? - "Ər deyir ki, dostlarımın oğlu var, qız istəmirəm"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 27 Avqust 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















