Abramyan: “Bundan sonra Qarabağdan danışanları tutub, Bakıya verəcəklər”
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Vaşiqntonda imzalanan sənədin təsirlərinin gələcəkdə daha çox hiss olunacağını deyib. Tribunainfo.az xəbər verir ki, o, xüsusən də bu sazişin Ermənistanda Qarabağ məsələsini müdafiə edənlər üçün problem yaradacağını iddia edib.
Abramyanın sözlərinə görə, sözügedən sülh sənədi Qarabağ ermənilərinin hüquqlarının bərpası uğrunda mübarizə aparanların hamısına qarşı təqiblər üçün zəmin hazırlayır. “Mümkündür ki, onları həbs edib, Azərbaycana belə təhvil versinlər. Təki, Qarabağ məsələsini birdəfəlik bağlasınlar”.
**
İran qəzeti: “Baki-İrəvan sülh razılaşması İrana qarşı deyil”
“Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi İrana qarşı yönəlmiş addım deyil”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın “Həmmihən” qəzetində dərc olunmuş məqalədəndir.
Nəşr yazır ki, İrana qarşı olan nə sülh sazişidir, nə də regional proseslər. “Əsas problem, ölkə daxilindəki siyasət və yanaşmadır. Dünya dəyişir və İslam Respublikası bu proseslərə uyğunlaşmalıdır. Qərblə qarşıdurmadan əl çəkmək lazımdır. Hakimiyyətin zəifliyi və təhlükəsizlik yönümlü siyasəti İranı gərginlik və böhran şəraitində saxlayır. Çıxış yolu isə siyasi və iqtisadi islahatlardır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 13 Avqust 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















