Icma.az
close
up
RU
Qarabağdan Bakıya su çəkilə bilər

Qarabağdan Bakıya su çəkilə bilər

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İşğaldan azad olunmuş ərazilərin zəngin su ehtiyatlarından Bakının içməli su təminatında istifadə imkanları araşdırılır".
Demokrat.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.
­­­Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının təxminən 70 %-i transsərhəd çayların payına düşür, 30 %-i isə daxili resurslardır və bu resursların böyük hissəsi Qarabağ bölgəsində cəmlənib:
"Qarabağ su ehtiyatları baxımından əsas mənbələrdən biridir. Bölgədə mövcud olan Suqovuşan və Sərsəng su anbarları mühüm rol oynayır. Sərsəng su anbarının (560 milyon kubmetr) bu il təmirinə başlanılacaq və bundan sonra həmin ehtiyatlardan Aran bölgəsində 100 min hektardan çox əkin sahəsinin suvarılmasında istifadə olunacaq. Bu məqsədlə "Tərtər" sol sahil kanalı artıq inşa edilib, "Tərtər" sağ sahil kanalının isə layihələndirilməsi aparılır və yaxın vaxtlarda tikintisinə başlanacaq".
Z.Mikayılov əlavə edib ki, bölgədə yeni su layihələri də həyata keçirilir.
"Belə ki, Bərguşad çayı üzərində 60 milyon kubmetrdən çox tutuma malik su anbarı tikilir, Zabuxçay üzərində isə 27 milyon kubmetrlik anbar artıq istifadəyə verilib və 12 min hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Yaxın illərdə Həkəri çayı üzərində də təxminən 90 milyon kubmetr tutuma malik yeni su anbarının tikintisi planlaşdırılır. Bu anbar əsasən içməli su təminatına xidmət edəcək".
ADSEA-nın sədri bildirib ki, hazırda Həkəri suyunun Bakıya ötürülməsi də araşdırılır:
"Əgər texniki və iqtisadi əsaslandırmalar uyğun olarsa, bu layihə hökumətə təqdim ediləcək və müsbət qərar verilərsə, həyata keçiriləcək. Qarabağ bölgəsində həyata keçirilən bu layihələr kənd təsərrüfatının inkişafına da ciddi töhfə verəcək. Ümumilikdə, bölgədə 140 min hektardan çox əkin sahəsinin suvarılması təmin olunacaq".
Onun sözlərinə görə, əsas prioritetlərdən biri müasir suvarma texnologiyalarına keçiddir:
"Damcı və pivot suvarma üsullarının tətbiqi su itkisini azaldacaq və məhsuldarlığı artıracaq. Məqsəd hər damla sudan daha səmərəli istifadə etməkdir".
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Aprel 2026 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see388

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see387

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see273

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see225

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see212

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see206

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see187

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see172

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see171

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see167

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see161

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see159

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see158

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see152

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri