ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq.
“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Prezident Donald Tramp və İraqın Baş naziri Əli əz-Zeydi Ağ Evdə keçirilən görüş zamanı çıxış ediblər.
Tramp İraqda amerikalı hərbçilərə artıq ehtiyac olmadığını bildirib. Qeyd edilib ki, İraqda qanunsuz silahlı qruplaşmalara qarşı ABŞ ordusunda hazırlıq keçmiş yerli hərbçilər mübarizə aparacaq.
Daha sonra Pentaqonun yaydığı bəyanatda qoşunların tam çıxarılmasının 2024-cü ildə İŞİD silahlılarına qarşı missiyanın dayandırılması barədə bağlanan razılaşmaya əsasən həyata keçiriləcəyi açıqlanıb.
Qeyd edək ki, ABŞ qoşunları İraqda 2003-cü ildə yerləşdirilmişdi. 2007-ci ildə antiterror əməliyyatlarının ən qaynar dövründə bu ölkədəki Amerika qoşunlarının sayı 170 min nəfəri ötüb, 2011-ci ildə isə minimuma endirilib. Hazırda İraqda yalnız kiçik bir məsləhətçi və digər hərbçi kontingenti qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 İyul 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















