Icma.az
close
up
RU
ABŞ Apellyasiya Məhkəməsi AzadlıqRadiosunun maliyyəsini müvəqqəti dayandırdı

ABŞ Apellyasiya Məhkəməsi AzadlıqRadiosunun maliyyəsini müvəqqəti dayandırdı

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Apellyasiya Məhkəməsi Azad Avropa/Azadlıq Radioları (RFERL) və digər xəbər qurumlarına Konqresin təsdiqlədiyi pulun köçürməsini tələb edən aşağı instansiya məhkəməsi qərarlarının icrasını dayandırıb.

Vaşinqtondakı üç hakimdən ibarət Kollegiyanın 1 may və eyni Kollegiyanın 3 may tarixli müvafiq qərarı Azad Avropa/Azadlıq Radiolarının büdcəsinin, eləcə də material dərc etməyə və yayımlamağa davam etmək qabiliyyətini sual altına qoyur.

Aprelin 29-da ABŞ dairə hakimi Roys Lambert RFERL-in xeyrinə müvəqqəti məhdudlaşdırıcı qərar (TRO) çıxarıb, Konqresin ayırdığı pulun bir qisminin ayrılmasını istəyib.

Mayın 1-də Kolumbiya Dairəsi üzrə ABŞ Apellyasiya Məhkəməsinin qərarında isə Lambertin çıxardığı hökmün icrasına fasilə verilib.

Hakimlər kollegiyası bildirib ki, məhkəmədə ABŞ Qlobal Media Agentliyini (USAGM) təmsil edən ABŞ Ədliyyə Departamenti hüquqşünaslarına təcili vəsatətlərini dinləmək üçün “kifayət qədər fürsət” tanımaq istəyir.

Azad Asiya Radiosu mayın 9-da işçilərinin, demək olar, hamısının, o cümlədən məcburi məzuniyyətə göndərilənlərin işdən çıxarılacağını bildirib.

AzadlıqRadiosu isə büdcə sıxıntılarından dolayı artıq işçilərinin bir qismini məzuniyyətə göndərib, frilans müqavilələrini ləğv edib.

“Amerikanın Səsi”nin (VOA) durumu daha qarışıqdır. Hakim Lambert aprelin 22-də VOA əməkdaşlarının işə bərpası üçün “gərəkən bütün addımları atmaq” əmri verib.

Mayın 2-də USAGM yüzlərlə işçiyə e-mail göndərək onları növbəti günlərdə işə dönməyə hazır olmağı tapşırıb. Mayın 3-də isə RFE/RL-in işinə baxan məhkəmə heyəti Lambertin qərarına fasilə verib, onun VOA işçilərinin işə qayıtmasına göstəriş verməyə yurisdiksiyasının olmadığını bildirib.

Bu qərarın AzadlıqRadiosu üçün də hüquqi nəticələri ola bilər, hazırda onun məhkəmə iddiasına baxılır.

Trampın USAGM-i bağlamaq səylərinə nəzarət üçün təyin etdiyi Keri Leyk X postunda apelyasiya məhkəməsinin qərarını alqışlayıb: “Görünür, Dairə Məhkəməsi hakimi agentliyi istədiyi kimi idarə edə bilməyəcək”.

AzadlıqRadiosu 2025-ci büdcə ili üçün pulunun qalan hissəsinə əldə etməyə çalışır.

23 aprel Məhkəmə Trampın ‘Amerikanın səsi’ni bağlamaq qərarını bloklayıb

Federal məhkəmə aprelin 22-də Tramp administrasiyasının “Amerikanın Səsi” (Voice of America), “Azad Asiya Radiosu” (Radio Free Asia) və “Yaxın Şərq Yayım Şəbəkələri” (Middle East Broadcasting Networks) kimi hökumət tərəfindən maliyyələşdirilən media orqanlarını bağlamaq cəhdlərini dayandırmaqla bağlı qərar çıxarıb.

ABŞ-nin federal dairə hakimi Roys Lambert ABŞ Qlobal Media Agentliyinin (USAGM) bağlanmasından təsirlənən işçilər və podratçılar tərəfindən məhkəmədə qaldırılan altı işə baxıb. Hakim administrasiyaya işçiləri və podratçıları öz vəzifələrinə bərpa etmək və bu media qurumunun yayımını davam etdirmək üçün “bütün zəruri tədbirləri görmək” barədə qərar çıxarıb.

Lambert yayımın gələcəyi ilə bağlı hələ yekun qərar verilmədiyi və iddialara işdən çıxarılan əməkdaşlarla “əmək mübahisələri” çərçivəsində baxılmalı olduğu barədə USAGM-in məhkəmədəki arqumentlərini rədd edib.

“80 illik qabaqcıl xəbər xidməti olan VOA-nın tamamilə susdurulduğu və geri qayıdacağına dair heç bir əlamətin olmadığı bir şəraitdə USAGM-in hələ də “mövcud” olduğuna inanmaq çətindir”, – hakim Lambert bildirib.

Hakim həmçinin vurğulayıb ki, Tramp keçən ay ABŞ hökumətinin maliyyələşməsini təmin edən müvəqqəti büdcə qanununu imzalayıb, bu qanunla USAGM üçün maliyyə vəsaiti ayrılıb. Lambertin sözlərinə görə, Tramp xərclər haqda qanun layihəsinə veto qoymayıb və ya Konqresdən bu maliyyələşmənin ləğvini tələb etməyib.

USAGM-in 2024-cü ildə təxminən 3 min 500 işçisi və 886 milyon dollar büdcəsi olub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see166

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see122

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see121

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri