Icma.az
close
up
RU
Qadınlarda cinsi həvəsi artıran qidalar

Qadınlarda cinsi həvəsi artıran qidalar

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər iki cinsin nümayəndələrində cinsi həvəsi artıran qida məhsullarının və bitkilərin mövcudluğu ta qədimlərdən məlumdur.

BAKU.WS xəbər verir ki, qədimdə bu bilgilər yalnız kahinlər, hökmdarlar və zadəgan ailələrinə məlum idi və qorunaraq gələcək nəslə ötürülürdü. Müasir dövrdə isə afrodiziak qidalar barədə məlumatı istənilən hər kəs əldə edə bilər.

Afrodiziaklar cinsi həvəsi artıran maddələrdir və bu ad yunan mifologiyasında məhəbbət və gözəllik ilahəsi sayılan Afroditanın şərəfinə verilib. Orta əsrlərdə afrodiziaklar "sevgi eliksiri” adı ilə tanınır və geniş istifadə edilirdi.

Qadında cinsi həvəsin zəifləməsinə səbəb olan ilkin faktor qanda testesteron səviyyəsinin aşağı düşməsidir. Kişi cinsi hormonu hesab olunsa da, testesteron qadın orqanizmi üçün də olduqca vacibdir, çünki o həm hormonal balansı normada saxlayır, həm də cinsi həvəsi təmin edir.

İkinci vacib faktor kimi qəbul edilən stress və natamam yuxu sinir sisteminin gücünün tükənməsinə, xroniki yorğunluğa və həvəsin azalmasına səbəb olur. 

Siqaret çəkən qadınlarda da cinsi istək daha zəif olur. Tütünün yanma məhsullarının orqanizmə daxil olması C, E, və A vitaminlərinin itirilməsi və cinsiyyət sisteminin normal fəaliyyətinin pozulması ilə nəticələnir. Cinsi həvəsin azalmasına və menstrual siklin pozulmasına səbəb olan daha bir maddə kofeindir. Onun təsiri ilə qanda testesteron səviyyəsi və libido azalır. Alkoqol da kofeinə analoji təsir göstərir. Hədsiz yağlı, duzlu və ağır yeməklərin qəbulundan sonra afrodiziakların təsiri daha zəif olur.

Afrodiziak qidaların qadın orqanizminə təsiri qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırmaq, ürək vurğularının sayını və erogen sahələrin həssaslığını artırmaqla əlaqədardır. Həmin qidalar antioksidantlar, vitamin və fitonutrientlərlə zəngin olduğuna görə orqanizmin immun müdafiə qabiliyyətini yüksəldir və yaşlanmanın qarşısını alır. Bəzi bitki və qidalar qanda testesteronun səviyyəsini tənzimləmək xüsusiyyətinə malikdir. 

Həmin maddələr tərkibində çox miqdarda B qrupu, C, K vitaminləri saxladığından artıq çəki ilə mübarizədə də yardımçı olur və onların təsirləri nəticəsində qadının əhvali-ruhiyyəsi yaxşılaşır, hormonal fon tənzimlənir və cinsi istək yüksəlir.

Cinsi həvəsi aşağı olan qadınların qida rasionuna daxil edilməli olan qida məhsulları ilk növbədə qoz, dənli bitkilər və yağsız ət növləridir, çünki həmin qidalar sink və maqnezuimla zəngindir. Sink sinir sisteminin normal fəaliyyəti və hüceyrələrin enerji ilə təchiz olunması üçün əvəzolunmaz təsir göstərir, əhvalı yaxşılaşdırır və qanda cinsi hormonların miqdarını artırır, maqnezium isə streslə mübarizədə orqanizmə kömək edir və immuniteti yüksəldir.

Təzə tərəvəz və meyvələr təkçə vitamin anbarı deyil, həm də sellüloza mənbəyidir. Sellüloza həzmi yaxşılaşdırır, onun orqanizmi yumşaq şəkildə təmizləməsi əhvalın və həvəsin artmasına səbəb olur.

Libidosu aşağı olan qadınların qidası B qrupu vitaminləri ilə kifayət qədər zəngin olmalıdır. Həmin vitaminlər daha çox yağlı balıq, süd məhsulları, kartof və paxlalılarda olur. Onun çatışmazlığı depressiyaya və immuntetin zəifləməsinə gətirib çıxarır.

Qadın orqanizminə müsbət təsir göstərən afrodiziak qida məhsulları:

Çili bibəri – tərkibində olan və bibərə acılıq verən kapsaisin maddəsi qadın orqanizminin həssaslığını artırır.

Muskat qozu – cinsi həvəsi artırır.

Avokado – tərkibi əvəzolunmaz yağ turşuları, E vitamini və kaliumla zəngin olduğuna görə qan dövranını və cinsi hormonların sekresiyasını artırır.

Kərəviz – kişilərdə daha çox olan və tərlə ifraz olunan androsteron hormonunun qadın orqanizmində miqdarını artırır, cinsi həvəsin yüksəlməsinə səbəb olur.

Qarpız – sitrullin amin turşusu ilə zəngindir, kiçik çanaq orqanlarının qan dövranını sürətləndirir və cinsi istəyin artmasına kömək edir. Zəncəfil kökü və sarımsaq da eyni təsirə malikdir.

Bal – tərkibində B qrupu vitaminləri çox olduğundan qanda estrogen və testesteronun səviyyəsini yüksəldir. Həm qadınlar, həm də kişilər üçün faydalıdır.

Tünd şokolad –xoşbəxtlik hormonu olan seratoninin sekresiyasını artırdığına görə əhvalı və cinsi həvəsi yüksəldir.

Dəniz kələmi – kimyəvi elementlərin dövri cədvəlində olan demək olar ki, bütün mineralları özündə cəmləyir, immun sistemi və orqanizmin gücünü artırır.

Afrodiziak qidalardan maksimal effekt almaq üçün onları düzgün seçmək və kombinə etmək vacibdir. Onların istifadəsində həddi gözləmək xüsusilə vacib amildir. Mütəxəssislər belə hesab edirlər ki, afrodiziak yeməyin hazırlanmasında ən əsas məqam yeməyin sevgi ilə hazırlanması və lazım olan bəzi ədviyyatların, xüsusən də darçın, vanil, muskat və ya zəncəfilin qatılmasıdır.

Xalq təbabəti reseptləri

- 1 xörək qaşığı ərküdə meyvəsi 1 stəkan qaynar suda ağzı bağlı qabda dəmlənir və gündə 3 dəfə yeməkdən sonra qəbul edilir. Mədənin selikli qişasına qıcıqlandırıcı təsi göstərdiyinə görə ehtiyatla istifadə etmək tövsiyə olunur. Digər təsirlərin qarşısını almaq üçün gündə 3 dəfə 2 kapsul Nat-Ərküdə qəbul etmək olar.

- 1 xörək qaşığı dəmirtikanın quru çiçəkləri 1 stəkan suda dəmlənir və gündə 2-3 dəfə 1/3 stəkan qəbul edilir.

Mənbə: Herba Flora jurnalı

BAKU.WS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:373
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Dekabr 2025 04:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri