Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

ABŞ, Avropa İttifaqı və biz...

ABŞ, Avropa İttifaqı və biz...

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna böhranı kontekstində 

Azərbaycan dövləti heç zaman imkan verməyib ki, ölkəmizdə rəngli inqilablar gerçəkləşsin, Vətənimiz hansısa qlobal siyasi eksperimentlər üçün poliqona çevrilsin. İndi Ukrayna müharibəsi fonunda yaşanan ABŞ-Avropa ixtilafı ölkəmizin tutduğu qətiyyətli və prinsipial mövqeyin nə qədər müstəsna əhəmiyyət daşıdığının növbəti bariz sübutudur. Bu mövqe hansı amilə söykənir? Bu barədə bir qədər sonra. Hələlik isə...

Bu gün, faktiki olaraq, Ukraynanın taleyi onun özünün iştirakı olmadan müəyyənləşir. Doğrudan da faciəvi durumdur. Əlbəttə, Ukrayna xalqı sınaqdan üzüağ çıxmaq üçün özündə güc və cəsarət tapacaq. Amma istər-istəməz sual yaranır: Bunlar yaşanmaya bilməzdi? Ölkənin şəhər, kənd və qəsəbələrinin xarabazara çevrilməsi kimə və ya kimlərə lazım idi? Sualımız ritorikdir, çünki cavab məlumdur və bu barədə də söz açacağıq. 

Bəli, ölkəmizdə rəngli inqilab ssenarilərinə qarşı son dərəcə güclü immunitet formalaşıb. Hətta bu baxımdan Azərbaycan nümunə də sayıla bilər. Nəzərə alaq ki, belə bir immunitetin nəticəsidir ki, ölkəmiz özünün dayanıqlı və davamlı inkişaf yolundan dönmədi, Cənubi Qafqazda liderliyə yiyələndi. Bu immunitetin və müqavimətin nəticəsidir ki, müstəqil və qəti siyasətimiz var və mövcud siyasət milli maraqlarımızı həm qeyri-dost, həm tərəfdaş ölkələrlə münasibətdə təmin etmək potensialındadır.

Ölkəmizdə rəngli inqilablara qarşı illər ərzində formalaşmış immunitet yeni müqavimət çalarları ilə də zənginləşib. Buna görədir ki, Azərbaycan milli dövlətlərə qəsd texnologiyalarına əsaslanmış qlobal oyunların pozulma meydanıdır. Onu da bildirək ki, dövlətimizin təqdim etdiyi müqavimət modeli sistemlidir. Nəticədə rəngli inqilab ssenarilərinin yeni ultra liberal və liberalo-faşist ideologiyasına əsaslanmış seqmentləri də iflas aqibətini yaşayır. 

İllərdir Azərbaycan dövləti və ictimaiyyəti beynəlxalq aləmin riyakarlığından və ikiüzlülüyündən söz açır. Hazırda ABŞ-Avropa İttifaqı, bütövlükdə Birləşmiş Ştatlar – Avropa qarşıdurması fonunda artıq həmin riyakarlıqlar onu ideya xətti kimi həyata keçirənlərin sifətlərinə çırpılır, başlarına vurulur. Daha doğrusu, sifətə çırpan da, başa vuran da ABŞ-dır. Halbuki, olanlara görə ölkənin əvvəlki rəhbərliyi – Bayden – Blinken administrasiyası məsuliyyət daşıyır. 

Bilavasitə Bayden administrasiyasının formalaşdırdığı gündəmin nəticəsi idi ki, sivilizasiyalar arasında, sanki, qırmızı xətlər çəkildi, bölücülük toxumları səpildi, uçurumlar yaradıldı. Bu administrasiyanın peşkası – Fransa Prezidenti Emmanuel Makronun liberalizmi özünü ən əcaib formada göstərdi. Rəsmi Parisin yeritdiyi neokolonializm liberalist düşüncəsini – neokolonializmi leqallaşdırmaq xətti tutdu. 

Digər tərəfdən, Fransa liberalizmi o qədər güclü xarakter aldı ki, Makron ölkə vətəndaşlarına qarşı da müstəmləkə üsul-idarəsinə xas tərzdə davrandı. Əslində, buna liberalizm demək də doğru deyil. Çünki zülm və iztirab heç bir meyara sığışmır. Makron öz xalqına zülm etmiş, ona məhrumiyyətlər yaşatmış avantüristdir. Ona görə də ABŞ-ın vitse-prezidenti Cey Di Vens haqlı olaraq deyir ki, Avropa mərkəzləri öz vətəndaşlarından qorxurlar. 

Qorxmalıdırlar, həm də o səbəbdən ki, insanlara heç nə verməyiblər. Verməli olduqlarını xaricdəki məkrli, çirkin məqsədlər naminə xərcləyiblər. İstəyiblər ki, rəngli inqilab dalğasını genişləndirsinlər. Guya ki, iş görürlər. Budur, indi Prezident Tramp bildirir ki, gördüyünüz iş təpənizə dəysin, hər şeyi məhv etmisiniz. Bu aqibətdən böyük rüsvayçılıq ola bilməz. Tam əminliklə demək olar ki, hazırda Avropa özünün ən miskin dövrünü yaşayır. 

Azərbaycan zamanında bildirirdi ki, Qərbin yeritdiyi siyasət mütərəqqi dəyərləri, demokratizmi ayaqlar altına atır. Dəyərləri ayaqlar altına alan Nuland və Rays kimilər indi rahat yaşayışlarını davam etdirirlər, Ukrayna xalqı isə ortalıqda qalıb, hər gün müharibənin əzablarını görməyə, ağırlığını çiyinlərində daşımağa məhkumdur. 

Bir məqamı da vurğulayaq ki, Azərbaycanda da nulandların ultra-liberal baxışlarını, psevdodemokrat ideyalarını yaymaq istəyənlər oldu. Bu məqsədlə ayrı-ayrı siyasətçilər NED, NDİ və digər fondlar vasitəsilə Azərbaycanda rəngli inqilablar təşkil etmək eşqinə düşdülər. 44 günlük müharibə dönəmində isə nulandların gədə-güdələri yağışdan sonra çıxmış göbələklər kimi ortaya atıldılar. Onlar xalqımızın öz haqqına qovuşmasına, torpaqlarımızı azad etmək əzminə qarşı duruş gətirmək istədilər. Sülh “qaranquşları” imişlər. Bayquş xislətinə köklənmiş bu kəsim, eyni zamanda, çalışdı ki, Azərbaycan gəncləri Qarabağa bağlılıq hissini unutsun. Bunun üçün LQBT meyillərini dövriyyəyə gətirərək, ailə modelimizi sarsıtmağa cəhd göstərdilər. Lakin heç bir istəklərinə nail ola bilmədilər və indən belə də nail ola bilməzlər. 

Sonda əvvəldə səsləndirdiyimiz suala cavab verərək deyək ki, müxtəlif rəngli inqilab ssenarilərinin Azərbaycanda reallaşmamasının, iflasa uğramasının ən böyük səbəbi ölkəmizə güclü liderin rəhbərlik etməsidir. Bəli, ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və Prezident İlham Əliyevin liderliyində özünü göstərən rasionallıq və praqmatizm təmayülü bölücülük niyyətlərinin qarşısına sədd çəkdi. Nəinki sədd çəkdi, habelə, ölkəmizi inkişafa apardı. İnkişaf gücümüzə güc qatdı. Nəticə göz önündədir. Bu gün özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qüdrətli Azərbaycan var. O Azərbaycan ki, həm Cənubi Qafqazda söz sahibidir, oturuşmuş dövlət idarəçiliyi modelidir, həm də dünyanın hesablaşdığı mərkəzdir. Gücünü, qüvvəsini xalq-iqtidar vəhdətindən alan sarsılmaz, malik olduğu dövlətçilik üçün əbədilik aqibəti müəyyənləşdirmiş mərkəz. 

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri