Icma.az
close
up
RU
Gənc ana və oğulları

Gənc ana və oğulları

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Övladım əzizdir, tərbiyəsi ondan da əzizdir”

Bazar günü idi, təxminən, axşam saat 5 radələri olardı. Böyük marketlərin birindən çörək, meyvə, tərəvəz və digər ərzaq məhsulları alıb, əlimdə 2 sellofan paketlə evə tərəf gedirdim. Təxminən, 1 kilometrə qədər yolu piyada qət etməli idim. Hiss edirdim ki, bu dəfə yüküm bir qədər ağırdır. “Birtəhər dözərəm”, deyə düşündüm.

Yaxşı ki, yolum üzüaşağı idi. Yadıma düşdü ki, bu yolla əks tərəfə, yəni evdən marketə tərəf gələndə, adətən, təngənəfəs oluram. Belə hallarda, “görünür, qocalıqdandır, yaşım da az deyil, artıq 70-ə bir neçə ay qalıb” deyə özümə təsəlli verirəm.

Nə isə, mətləbdən uzaqlaşmaq istəmirəm. Market binasının yanındakı küçədən məndən 15-20 metr irəlidə, təqribən, 37-38 yaşlarında olan bir gənc ananın 2 yeniyetmə oğlan uşağı ilə birlikdə yolu keçdiklərini gördüm. Ananın əlində içərisində ərzaq olan 4-5 dolu sellofan torba vardı və bu səbəbdən uşaqlarının əlindən tuta bilmirdi.

Ana uşaqlara nəzarət etmək üçün onlardan nə irəliyə keçmək, nə də geridə qalmaq istəyirdi. Yaxşı ki, uzaqdan gələn avtomobillər çatana kimi ana və övladları, eləcə də mən artıq yolu keçmişdik. Yolu rahat keçdikləri üçün gənc qadının sevindiyini övladlarına növbəti göstərişlərini verərkən səsindən də duymaq olurdu.

Ana evə tələsirdi və oğlanlarından (böyüyün 13-14, kiçiyin isə 10-11 yaşı olardı) daha cəld hərəkət etmələrini tələb edirdi. Amma uşaqlar əllərində tutduqları bananları tənbəlcəsinə yeyə-yeyə ərzaq paketlərini daşımaqda çətinlik çəkən analarının gah önünə çıxır, gah da ondan geri qalırdılar. Hər iki halda analarına rahat hərəkət etməkdə mane olurdular.

Bir qədər yol gedəndən sonra ana yorularaq əlindəki paketləri yolun kənarındakı nisbətən səliqəli kiçik otluq sahəyə qoydu. Mən ananın və uşaqların yanına çatanda özümdən asılı olmayaraq ayaq saxlayıb dedim:

– Qızım, sən mənim övladımdan da yaşca kiçik olarsan. Ona görə sənə ərklə bir məsləhət vermək istəyirəm.

Gənc qadın əvvəlcə təəccüblə məni süzdü, ani tərəddüddən sonra ona müraciət edən şəxsin xeyli yaşlı olduğunu nəzərə alaraq gülümsədi:

– Buyurun, əmi, sizi eşidirəm...

– Görürəm, əlində 4-5 paket var. Yükünü azca da olsa yüngülləşdirmək üçün onlardan birini ən azı böyük oğluna verə bilərdin...

Qadın nə hə, nə də yox dedi. Uşaqlar isə başlarını aşağı dikdilər. Qadın bu iradımdan sonra, paketlərin ən yüngülünü (eh, ana ürəyi...) böyük oğluna tərəf uzatdı. Oğlan əvvəlcə əlindəki bananı axıradək yemədiyini göstərib etiraz etmək istədi. Sonra nə düşündüsə, könülsüz olaraq paketi götürdü. Beləcə, ana və övladları yollarına davam etdilər. Mən isə addımlarımı yeyinlədim onları arxada qoydum.

Evə çatandan sonra isti çay içə-içə xeyli düşündüm. Görəsən, tanımadığım gənc qadına məsləhət verməkdə düzmü hərəkət etdim, yoxsa buna ehtiyac yox idi? Hər halda, ananın böyük oğlunun könülsüz də olsa, paketi əlinə götürməsi məni sevindirmişdi. İnanmaq istəyirdim ki, oğlanlar gələn dəfə daha ağır yükləri daşımaqda analarına kömək etməyə çalışacaqlar.

Mən Qubanın əhalisi xeyli sıx olan dağətəyi kəndlərindən birində dünyaya göz açmışam. Ailəmiz böyük olub. Mən isə ailənin ilki idim. Yadımdadır ki, hələ uşaq yaşlarımdan kənddəki mağazadan ərzaq alıb qayıdanda valideynlərimə kömək etməyə çalışmışam. Atam da, anam da hər dəfə məni buna görə tərifləyərdilər. Məncə, düz ediblər!

Bu həyat hekayətini qələmə almaqda niyyətim budur: “Qoy gənc analar öz ciyərparalarını, xüsusilə də oğlan uşaqlarını tənbəl böyütməsinlər. Anam deyərdi ki, “övladım əzizdir, amma tərbiyəsi ondan da əzizdir”.

Hörmətli oxucular, siz bu barədə nə düşünürsünüz? Bu mövzuda fikirlərinizi yazaraq redaksiyamıza göndərsəniz, əlbəttə, şad olarıq. Yeri gəlmişkən, sizin dəyərli arzu və düşüncələrinizi, təklif və məsləhətlərinizi dərc etməyə hazırıq.

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2026 03:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri