Icma.az
close
up
RU
ABŞ Azərbaycan Ermənistan məsələsində siyasi bilef edir ŞƏRH

ABŞ Azərbaycan Ermənistan məsələsində siyasi bilef edir ŞƏRH

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda Azərbyacanla Ermənistan arasında sülhdən danışıb.

“Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi kifayət qədər tez bir zamanda əldə olunacaq. Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və sona çatdırdıq. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi, eyni zamanda, Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə - biz dünyada bunu edə biləcək yeganə ölkəyik”, – deyə o qeyd edib.

“Münaqişələrin kökündən həll olunmadığı görünür”

Modern.az-a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, ABŞ dövlət katibinin həll etdikləri dediyi heç bir məsələ köklü şəkildə aradan qaldırılmayıb:

“Bəli, ABŞ dövlət katibi Marko Rubionun dediklərində həqiqət var. ABŞ Hindistanla Pakistan arasında qısamüddətli, lakin şiddətli başlayan münaqişəni dayandıra bildi, eyni mövqeni Konqo Demokratik Respublikası ilə Ruanda arasında sazişin imzalanmasında da göstərib. ABŞ-nin bombardmanlarından sonra qısa zaman kəsiyində İranla İsrail arasında da atəşkəs əldə olundu. Amma burada məsələyə dərindən yanaşmaq lazımdır.  Əslinə qalsa, bunların heç biri münaqişələrin aradan qaldırılması və sülhün əldə edilməsi deyil. Burada Marko Rubio sadəcə olaraq, siyasi bilef edir, ABŞ-a əlavə xal qazandırmaq istəyir. Eyni zamanda dövlət katibi ABŞ-nin Ermənistanla Azərbaycan arasında da sülhün əldə olunmasında həlledici rola iddialı olduğunu deyir. Lakin yenə deyirəm, qeyd olunan məsələrdə heç bir halda münaqişə köklü halda aradan qaldırılmayıb, sadəcə olaraq, münaqişələrin əlamətləri aradan götürülüb. Bu, çox vacib məqamdır. Donald Tramp və Marko Rubio özləri bunu çox yaxşı bilirlər. Əslinə qalsa, hər üç halda münaqişə potensialı çox yüksəkdir. Yəni bu mənada ABŞ-nin ciddi uğurundan danışmaq olmaz”.

“ABŞ proseslərdə təyinedici rola malik olmaq, öz maraqlarını təmin etmək istəyir”

Siyasi şərhçi vurğulayıb ki, ABŞ bir halda sülhə töhfə verə bilər:

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına gəldikdə, biz öz torpaqlarımızı işğaldan azad etmişik. Torpaqlarımızı işğaldan azad etdikdən sonra ABŞ Konqresində də ölkəmizə qarşı çox qərəzli müzakirələrin aparıldığına, qətnamələrin qəbul olunmasına şahidlik etdik. Düzdür, bu, demokratların administrasiyası dövründə olub. Tramp bundan fərqli davrana bilərmi?
ABŞ-də sistemin siyasəti var, ayrı-ayrı şəxslərin yox. Yəni ABŞ çox güman ki, sadəcə olaraq, regionda vəziyyəti idarə edə bilər. Düşünürəm ki, Ermənistanla Azərbyacan arasında etibarlı, dayanıqlı sülh sazişi imzalanacaqsa, bu, mütləq şəkildə Azərbaycanın özünün formalaşdırdığı yeni geosiyasi reallıqlar kontekstində və malik olduğu güc mövqeyi fonunda mümkün ola bilər. Yəni bu gün Ermənistanı sülh istiqamətində addım atmağa vadar edən  Azərbaycandır. Burada biz nə ABŞ-nin, nə də digər regiondankənar dövlətlərin rolunu görməmişik. Bu mənada, bəli, ABŞ proseslərdə təyinedici rola malik olmaq istəyir. Amma hesab edirəm ki, ABŞ sadəcə olaraq prosesləri idarə etmək istəyir. Ermənistan konstitusiyasını dəyişməlidir. Bu, Azərbaycanın çox haqlı tələbidir. Minsk qrupunun buraxılması ilə bağlı da ayrıca müraciət olunmalıdır. İlkin addımlar bunlardan ibarət olmalıdır. ABŞ bu istiqamətdə Ermənistana təzyiqlə bir nəticə əldə edə bilərsə, o zaman bu məsələyə daha ciddi yanaşa bilərik. Amma indiki şəraitdə, son yaranmış vəziyyətdə hər hansı dəyişiklik olmadan ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh bağlamağa cəhdlər göstərməsi, açılacağı təqdirdə Zəngəzur dəhlizi üzərində ABŞ-yə məxsus logistika şirkətin nəzarətinin təmin olunması təklifini irəli sürməsi aydın göstərir ki, Vaşinqton Cənubi Qafqazda özünün geosiaysi ambisyalarını həyata keçirmək istəyir. ABŞ-nin geosiyasi ambisyaları varsa, deməli, burada onun uduşundan, maraqlarının təmin olunmasından söhbət gedir. Azərbaycan öz maraqları ilə yanaşı, regional maraqları, təhlükəsizliyi də təmin etmək gücünü təmin edən, bunda istəkli olan dövlətdir. Biz hər bir addımımızı həmişə olduğu kimi, ölçülü-biçili ataraq ən optimal nəticələri əldə edəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri