Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Azərbaycan, Ermənistan, Gürcüstan + ABŞ

Azərbaycan, Ermənistan, Gürcüstan + ABŞ

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“C3+1” formatı “C5+1”lə birlikdə hansı siyasi və iqtisadi dividendlər vəd edir?

Əvvəlcə onu qeyd edək ki, dünən Ağ Evdə baş tutan ABŞ – Mərkəzi Asiya Sammiti tərəflər arasında münasibətlərin tarixində bu səviyyədə ilk tədbir kimi yadda qalacaq. Ekspertlər perspektivə hesablanmış “C5+1” formatına digər aktorların da cəlb ediləcəyini proqnozlaşdırırlar. Bu zaman onların əksəriyyəti Azərbaycanın da bu platformaya gətirilməli olduğuna, bununla da yeni “C6+1” formatının yaranacağına inandıqlarını vurğulayır.

Bu mövzuda geniş analitik məqalə dərc edən Amerikanın “The Diplomat” nəşri qeyd edir ki, Vaşinqton “C5+1” mexanizmini yeni geosiyasi reallıqlara uyğunlaşdırmaqla bağlı qərar qəbul etməlidir. Məqalədə xüsusi olaraq vurğulanır ki, Mərkəzi Asiya regionu ABŞ-ın iqtisadi və texnoloji təhlükəsizliyinin böyük ölçüdə asılı olduğu strateji faydalı qazıntı ehtiyatları sayəsində “tarixi maraq dairəsi” dövrünü yaşayır. Bu dairədə yeni iştirakçı kimi Azərbaycanın da daxil olmağa hazır göründüyünə diqqəti çəkən müəlliflər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin artıq bu ideyanı rəsmi şəkildə dəstəklədiyini yazırlar.

On il bundan əvvəl Əfqanıstandan kənarda nişanlanma, eləcə də təhlükəsizlik vasitəsi kimi yaradılmış ABŞ – Mərkəzi Asiya – “C5+1” formatı sonradan su, enerji, iqtisadi inkişaf və kritik mineralları əhatə edən möhkəm diplomatik platformaya çevrildi. Amma bu da danılmaz faktdır ki, son on ildə Avrasiyanın geosiyasi xəritəsi kifayət qədər dəyişikliyə məruz qalıb. Rusiya – Ukrayna hərbi münaqişəsi, Çin iqtisadiyyatının transformasiyası və Orta Dəhlizin Şərq–Qərb ticarəti üçün strateji arteriya kimi meydana çıxması ABŞ üçün regionda mövcudluğu arxivacib amilə çevirib.

***

“The Diplomat” nəşri qeyd edir ki, indiki şəraitdə Vaşinqton Cənubi Qafqaz respublikalarının formata daxil edilməsi imkanlarını mütləq nəzərdən keçirməlidir. Müəlliflərin gəldiyi qənaətə görə, Ukrayna müharibəsi genişmiqyaslı dəyişikliklərin katalizatoruna çevrilib və bunun nəticəsində Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri birbaşa ticarəti gücləndirib, nəqliyyat əlaqələrini inkişaf etdirib, Qərb bazarlarına çıxış əldə edirlər. Bu dinamikanın mərkəzində isə Orta Asiyanı Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən çoxşaxəli, mürəkkəb dəmir yolları, limanlar və boru kəmərləri şəbəkəsi olan Orta Dəhliz dayanır. Azərbaycanın bu infrastrukturun əsas elementi olduğunu vurğulayan nəşr Bakının Ələt limanının Xəzər dənizinin qərb sahilində yeganə əsas tranzit qovşağı olduğuna diqqət çəkir. “Azərbaycanın özündə inkişaf etmiş nəqliyyat və enerji kommunikasiyaları sistemi mövcuddur ki, bunsuz Orta Dəhlizin fəaliyyəti qeyri-mümkündür” – yazan “The Diplomat” Prezident İlham Əliyevin regional sammitlərdə, enerji forumlarında fəal iştirak etdiyini, Bakının genişlənən Mərkəzi Asiya regionunun tərkib hissəsi kimi imicinin formalaşdığını önə çəkir. Amerikalı analitiklərin fikrincə, məhz buna görə Azərbaycanın “C5+1” formatına daxil olması geosiyasi reallığın qəbul edilməsi baxımından düzgün olardı: “Axı Mərkəzi Asiya ilə Qərb arasında əsas enerji və ticarət yolları Bakıdan keçir”.

Ardınca müəlliflər bu cür genişlənmənin formatın enerji və investisiya potensialını artıracağını və ona real strateji dərinlik verəcəyini qeyd edirlər. Bununla yanaşı, “The Diplomat”ın analitikləri onu da etiraf edirlər ki, Azərbaycan bu formata qoşulduqdan sonra Mərkəzi Asiyanın bəzi dövlətləri özlərinin əhəmiyyətinin azalması ehtimalından narahat ola bilərlər. Məhz bu səbəblərə görə, ABŞ-ın humanitar yardıma deyil, iqtisadi artımın və özəl investisiyaların stimullaşdırılmasına yönəlmiş siyasəti regional qarşılıqlı fəaliyyətə yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edir. Bu kontekstdə nəşr yazır ki, Amerika bürokratik sistemində Cənubi Qafqaz və Mərkəzi Asiya hələ də ayrı-ayrı departamentlər tərəfindən idarə olunan fərqli sahələr kimi nəzərdən keçirilir. Ona görə də Vaşinqton üçün məntiqi addım Azərbaycanın mərhələli şəkildə müşahidəçi statusu və ya genişləndirilmiş “C6+1” konfiqurasiyasında tematik iştirak vasitəsilə formata cəlb edilməsi daha düzgün yanaşma ola bilər. Müəlliflər vurğulayırlar ki, əgər ABŞ həqiqətən də Orta Dəhlizin inkişafını dəstəkləməyə sadiqdirsə, onun diqqəti Gürcüstan və Ermənistana da yönəlməlidir. Gürcüstan Qara dəniz limanlarına və daha sonra Avropaya tranzit çıxışı təmin edən marşrutun son halqasıdır. Ermənistana gəlincə, Ağ Evin vasitəçiliyi ilə Azərbaycanla sülh sazişi imzaladıqdan sonra ölkə regional infrastruktur və nəqliyyat zəncirlərinə inteqrasiya etmək üçün real şans əldə edəcək.

***

Daha sonra məqalə müəllifləri Azərbaycan və bölgə ölkələri üçün olduqca vacib bir məsələyə toxunurlar. Onlar hesab edirlər ki, ABŞ-ın Cənubi Qafqazda mövcudluğunu möhkəmləndirmək və Orta Dəhlizi inkişaf etdirmək üçün Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə ayrıca “C3+1” formatını işə salmaq lazımdır: “Ermənistanı Orta Dəhliz magistralına birləşdirəcək və transxəzər yükdaşımalarının həcmini iki dəfədən çox artıracağı proqnozlaşdırılan TRIPP layihəsi xüsusi əhəmiyyət kəsb edir”.

Bu təşəbbüsün həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanı gücləndirməklə yanaşı, bütün regionun davamlı inkişafı üçün iqtisadi stimullar yaradacaq.

Beləliklə, Gürcüstan və Ermənistanın ABŞ-la tərəfdaşlığa daxil edilməsi “C5+1” və ya “C6+1” formatını təkcə Mərkəzi Asiya üçün deyil, bütün Trans–Xəzər regionu üçün qarşılıqlı fəaliyyət platformasına çevirəcək. Bu, regionun iqtisadiyyatları və enerji sistemlərinin artan qarşılıqlı asılılığının obyektiv reallığını əks etdirəcəkdi. “The Diplomat”in analitikləri belə ekspansiyaya əsas maneə kimi ABŞ-ın Cənubi Qafqazla bağlı tutarlı strategiyasının olmamasını göstərirlər. Onların fikrincə, Vaşinqtonun buradakı fəaliyyəti dağınıq və reaktivdir və çox vaxt uzunmüddətli planlaşdırmanın nəticəsi deyil, identik böhranlara cavab verən taktikaya əsaslanır. Müəlliflər haqlı olaraq yazırlar ki, geosiyasi proseslərin sürətləndiyi indiki şəraitdə belə bir mövqenin dayanıqlığı zəifləməyə doğru gedir.

Məqalə müəllifləri bir daha o fikrin üzərinə qayıdırlar ki, ABŞ-ın Cənubi Qafqazda mövcudluğunu möhkəmləndirmək və Orta Dəhlizi inkişaf etdirmək üçün Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə ayrıca “C3+1” formatını işə salması zəruridir. Bu platforma ABŞ-la dialoqun dərinləşdirilməsi, infrastruktur layihələrinin dəstəklənməsi və iqtisadi təşəbbüslərin əlaqələndirilməsi üçün alət rolunu oynaya və gələcəkdə “C5+1”i gücləndirən komponentə çevrilə bilər.

“The Diplomat”in məsələyə baxış bucağına görə, “C5+1” formatının on illik mövcud təcrübəsi münaqişələrin həlli, əlaqələrin inkişafı və enerji təhlükəsizliyinə yönəlmiş paralel qarşılıqlı fəaliyyət platformasının yaradılması üçün istifadə edilə bilər: “Lazım gələrsə, hər iki struktur səkkiz ştatı və ABŞ-ı əhatə edən vahid “C8+1” formatında da birləşdirilə bilər”.

Etiraf etmək lazımdır ki, analitik məqalə müəlliflərinin ortaya qoyduqları bu yanaşma maraqlar tarazlığını qoruyub saxlamağa, eləcə də diplomatik manevrlərdə çevikliyi təmin etməyə imkanlar yarada bilər. Ən vacibi isə birləşmiş format ABŞ-a Avrasiyada sistemli fəaliyyət göstərməyə imkan verəcək. Yəni, resurslar və enerji daşıyıcıları üzrə Mərkəzi Asiya ilə, sülh quruculuğu və regional əlaqə üzrə Qafqazla infrastruktur, ticarət və təchizat zəncirləri üzrə bütün ölkələrlə əməkdaşlıq Vaşinqtona əlavə güc, nüfuz, siyasi və iqtisadi dividendlər qazandırmağa qadirdir.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri