Icma.az
close
up
RU
ABŞ Azərbaycan Ermənistan paktının həmrəylik dalğası

ABŞ Azərbaycan Ermənistan paktının həmrəylik dalğası

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropanın nüfuzlu qurumları Vaşinqton bəyannamələrinin reallaşmasına dəstək verməyə hazırdırlar

Avqustun 14-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd edilib ki, Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. A.Koşta bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayaraq, Aİ Şurasının əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin məhz ölkəmiz olduğunu xatırladıb, Vaşinqtonda əldə olunmuş böyük uğurun əhəmiyyətini vurğulayıb, bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib. İ.Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəminə toxunub. Telefon danışığı zamanı bu ilin mayında Tiranada Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü, aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Bundan az öncə sosial şəbəkədə paylaşım edən Aİ Şurasının Prezidenti A.Koşta  yazmışdı ki, “Azərbaycan və Ermənistan Vaşinqtonda imzalanmış sazişlər sayəsində regionda davamlı sülhə doğru mühüm addım atıblar”.

***

Nəzərə çatdırmağı zəruri sayırıq ki, Azərbaycan üçün Vaşinqton razılaşmalarına Aİ rəsmilərinin reaksiyaları çox mühümdür. Ən azı, ona görə ki, Azərbaycan–Ermənistan sülh prosesinə yanaşma təkcə iki ölkənin deyil, bütövlükdə regionun yaxın gələcəkdə “Qoca qitə”yə inteqrasiyasına ciddi istiqamət verəcək. Aİ Vaşinqton görüşünə qədər İrəvan və Bakı arasında balansı qoruyub saxlamaq, yaxud seçim etmək məcburiyyətində qalırdısa, artıq sülh prosesinin yekun mərhələsi bu tendensiyanı aradan qaldıra bilər. Ən önəmlisi, Aİ-nin Bakıdan enerji nəqlini artırmaq istəyinin, sadəcə, istək olaraq qalmayıb konkret və real dəstəyə çevriləcəyi şübhə doğurmur. Yəni, yaranmış durumu düzgün qiymətləndirən Brüsselin Cənubi Qafqazın yeni enerji layihələrinə xüsusi diqqət ayırması təbii qarşılanacaq.

***

Avropa Şurasının rəhbər strukturları da Vaşinqton sülh prosesinə müsbət yanaşdıqlarını nümayiş etdirdilər. Aİ-nin Baş katibi Alain Berset bunu “ortaq tarixdə yeni səhifə” kimi dəyərləndirdi və quruma üzv dövlətlərin indiki mərhələdə Azərbaycanın və Ermənistanın yanında durmağa hazır olduğunu bildirdi. Avropa Şurası Parlament Assambleyasının Prezidenti Teodoros Rusopulos isə Vaşinqtonda sülh sazişinin paraflanmasını parlament diplomatiyasının uğuru kimi təqdim edib və prosesin daha da möhkəmlənməsi üçün qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyini vurğulayıb. Yeri gəlmişkən, Avropa Şurasının bu tip bəyanatları xeyli müddətdir Bakı ilə soyumuş münasibətləri yenidən öz axarına qaytara bilər. Rəsmi Bakı Avropanın nüfuzlu siyasi institutları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıqda həmişə maraqlı olub. Amma bir şərtlə ki, həmin təşkilatlar tərəflərə selektiv yanaşma ilə deyil, konstruktiv mövqe sərgiləsin.

***

Vaşinqton görüşünü diqqətlə izləyən əsas beynəlxalq qurumlardan biri də NATO olub. Alyansın sözçüsü Allison Hart Ermənistan və Azərbaycan arasında sülh istiqamətində əldə olunan uğurların bölgənin ümumi təhlükəsizliyinə töhfə verəcəyini vurğulayıb. Bu açıqlama 
NATO-nun Cənubi Qafqazda hərbi mövcudluğu olmadan belə siyasi dəstək mexanizmləri vasitəsilə təsirini artırmaq niyyətində olduğunu göstərir. Alyansın bəyanatında ABŞ rəhbərliyinin prosesdə oynadığı rola görə ona xüsusi təşəkkür ünvanlanıb. Bu isə Vaşinqtonun Ermənistan və Azərbaycan arasında vasitəçilik rolunun legitimləşdirilməsinə xidmət edən jestdir.

***

Türk Dövlətləri Təşkilatı imzalanan sənədi “tarixi inkişaf” kimi qiymətləndirməklə yanaşı, açıq şəkildə Minsk qrupunun bağlanmasını dəstəklədi. TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev bəyanatında Cənubi Qafqazda davamlı sülh, sabitlik və  rifahın təmin olunması üçün Vaşinqton razılaşmasının mühüm mərhələ olduğuni vurğulayıb. Qeyd olundu ki, tərəflərin ATƏT-in Minsk qrupunun bağlanması barədə birgə müraciəti tarixi münaqişənin diplomatik formatda yekunlaşmasının rəsmi təsdiqidir. Bu mövqe həm də göstərir ki, TDT üzvü olan Azərbaycanın mövqeyini dəstəkləməklə yanaşı, regional sülhün qlobal diplomatik gündəlikdə qalmasına töhfə vermək niyyətindədir.

Vaşinqton görüşünün nəticələri daha çox TDT-nin gələcəyi baxımından vacib suallara aydınlıq gətirir. İstisna deyil ki, Vaşinqton TDT-nin regionda yeni bir gücə çevrilməsində, ən önəmlisi isə Türk NATO-su rolunu oynamasında maraqlıdır. Prinsipcə, TDT-nin daha da inkişaf etməsi və güclənməsi həm Mərkəzi Asiyanın Rusiya təsir dairəsindən çıxmasını sürətləndirəcək, həm də Yaxın Şərq ilə Rusiya arasında sədd rolunu oynayacaq.

***

Onu da qeyd edək ki, ATƏT-in Baş katibi Feridun H.Sinirlioğlu və ATƏT Parlament Assambleyasının rəhbərliyi də Vaşinqton bəyannamələrini tarixi nailiyyət kimi qiymətləndiriblər. Parlament Assambleyası rəhbərliyinin bəyanatında gələcəkdə Cənubi Qafqaz ölkələri ilə daha inklüziv və davamlı əməkdaşlıq mexanizmlərinin qurulmasının vacibliyi vurğulanıb. 

İ.HƏSƏNQALA 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri